Nazirlər STEAM festivalında “İnnovativ layihələr” sərgisi ilə tanış olublar

Nazirlər STEAM festivalında “İnnovativ layihələr” sərgisi ilə tanış olublar

Elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakı Ekspo Mərkəzində olublar.

Elm və Təhsil NazirliyindənAZƏRTAC-a bildirilib ki, qonaqlar Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2022) çərçivəsində keçirilən yarışların gedişatı ilə tanış olub, iştirakçılara uğurlar arzulayıblar.

Festival çərçivəsində təşkil edilən “İnnovativ layihələr” sərgisi barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, beynəlxalq festivalda ümumilikdə 350 komanda üzrə 1312 nəfər iştirak edir. Onlardan 127-si 7 xarici ölkəni təmsil edir.

Xatırladaq ki, festival dekabrın 9-dək davam edəcək. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...