Nazirlər Kabineti I qrup üzrə tələbə qəbulu qaydalarına dəyişikliyə aydınlıq gətirib

Nazirlər Kabineti I qrup üzrə tələbə qəbulu qaydalarına dəyişikliyə aydınlıq gətirib - 1

Nazirlər Kabineti ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına dəyişiklik edilməsinə aydınlıq gətirib.

Nazirlər Kabinetindən"Report"a verilən məlumata görə, bu dəyişiklik “İnformatika müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Kompüter elmləri”, “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları”, “Kompüter mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Sistemlər mühəndisliyi” ixtisaslarının xüsusiyyətlərindən irəli gələrək həmin ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin informatika fənni üzrə tam orta təhsil səviyyəsində biliklərə malik olmasının labüdlüyü ilə əlaqədar edilib.

Təklif edilmiş dəyişiklik “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsi – “İxtisas qrupları və ixtisaslar”da da nəzərdə alınıb və I ixtisas qrupuna daxil olan ixtisasların riyaziyyat-kimya (RK) və riyaziyyat-informatika (Rİ) altqruplarına bölünməsini əks etdirir.

Eyni zamanda adıçəkilən ixtisaslar üzrə müsabiqə vəziyyətinin təhlili onu deməyə əsas verir ki, nəzərdə tutulmuş dəyişikliklər həmin ixtisaslara marağı artıracaq və həmin ixtisasların müsabiqəsində daha çox abituriyentin iştirakına gətirib çıxaracaq.

Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...