Reklam alanı

Nazirin müşaviri: "Könül istəyər ki, təhsilhaqqı daha ucuz olsun"

Abituriyentlərə aid

Nazirin müşaviri: "Könül istəyər ki, təhsilhaqqı daha ucuz olsun"

20.09.2025
59 baxış
Nazirin müşaviri: Könül istəyər ki, təhsilhaqqı daha ucuz olsun

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Azərbaycanda ali təhsilin baha olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

“Report”un məlumatına görə, müşavir “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı bildirib ki, bəzən ölkədə ali təhsil almağın baha başa gəldiyi, yaxud təhsil haqqlarının yüksək olmasını deyir və azaltmağın zəruri olduğunu söyləyirlər.

"Əlbəttə, könül istəyər ki, qiymətlər daha ucuz olsun və tələbələr daha ucuz qiymətə təhsil ala bilsinlər. Lakin daha ucuz qiymətə daha yaxşı təhsil almaq kifayər qədər çətin məsələdir. Çünki təhsil bahalıdır və ciddi maliyyə təminatı olmalıdır. Burada maliyyənin artırılmasından danışanda həmin vəsaitin doğru istiqamətlərə yönləndirilməsi məsələsi də diqqət alınmalıdır".

Reklam alanı