Naxçıvanda tələbələrin “Qış məktəbi”nə start verilib

Naxçıvanda tələbələrin “Qış məktəbi”nə start verilib.

“Report”un yerli bürosu xəbər verir ki, Ağbulaq İstirahət Mərkəzində keçirilən “Qış məktəbi”nin açılış tədbirində Naxçıvan Muxtar Respublikasının Gənclər və idman naziri Ramil Hacı və Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev gənclərlə görüşüblər.

Görüş zamanı iştirakçıların fikir və təklifləri dinlənilib, könüllülük fəaliyyəti, bədən tərbiyəsi və idmanın təbliği, innovativ inkişaf imkanları, turizmə dəstək, layihələrin hazırlanması və müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.

Düşərgə müddətində "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda seminar, ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti mövzusunda “Nə? Harada? Nə zaman?” və “Vətəni tanı!” intellektual oyunları, bədii yaradıcılıq gecəsi, tanışlıq və diskussiya xarakterli görüş keçirilib. Həmçinin Heydər Əliyev irsi ilə bağlı filmə baxıblar.

Qış məktəbi çərçivəsində tələblərlə vətən müharibəsi iştirakçılarının görüşü də təşkil olub. Hərbi qulluqçular odlu və soyuq silahlardan özünü müdafiə fəndlərini nümayiş etdiriblər. “Qış məktəbi” çərçivəsində keçirilən təlim və yarışlarda fərqlənən komandalar sertifikatla təltif olunublar.

Gənclərin istirahətini səmərəli təşkil etmək və onların şəxsi inkişafını sürətləndirmək məqsədilə təşkil olunan düşərgədə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və könüllü gənclər olmaqla ümumilikdə 43 nəfər iştirak edib.

Qeyd edək ki, Ağ bulaq İstirahət Mərkəzində gənclərin “Qış məktəbi” fevralın sonunadək davam etdiriləcək

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...