tehsil_xeberleri_metn Naxçıvanda bu il məzunların 96 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib

Naxçıvanda bu il məzunların 96 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib

Naxçıvanda bu il məzunların 96 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib

Naxçıvanda bu il məzunların 96 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Mətbuat xidmətindən"Report"un yerli bürosuna bildirilib ki, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri fəallıq nümayiş etdiriblər.

Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla ümumtəhsil məktəblərini bitirən 3166 şagirddən 3043-ü sənədvermədə iştirak edib, onlardan 2877-si ali, 166-sı isə orta ixtisas təhsili müəssisələrini seçib. Ümumilikdə sənəd qəbulunda məktəblilərin 96 faizi iştirak edib.

Heydər Əliyev adına Hərbi Lisey, Naxçıvan Qızlar və Şərur Şəhər Fizika-Riyaziyyat Təməyüllü liseylərini bitirən şagirdlərin isə100 faizi ali məktəblərə sənədvermədə iştirak edib.

Qeyd edək ki, ötən tədris ilində Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, ümumtəhsil məktəblərini 2990 məzun bitirib. Onlardan 2848-i, yaxud 95 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib, 2159-u, yəni 76 faizi tələbə adını qazanıb.

600-700 arası bal toplayan məzunların sayı ondan öncəki ilə nisbətdə 36 faiz artıb. 254 nəfər isə 500-700 arasında bal toplayıb.

Yüksək nəticə göstərən 100 məktəbdən 71-i ucqar kənd məktəbləri olub.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...