Müəlllimlər İnstitutunun filiallarının aqibəti necə oldu?

Müəlllimlər İnstitutunun filiallarının aqibəti necə oldu?

Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) filialları ilə birgə Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) birləşdirilməsi iyunun 30-dək tam başa çatdırılacaq.
Milli.Az bildirir ki, ADPU-nun mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov APA-ya açıqlamasında deyib ki, birləşmə başa çatandan sonra ali məktəbin tələbə-müəllim heyətinin sayı kifayət qədər artacaq.
Prezident İlham Əliyevin Müəllimlər İnstitutunun ADPU-ya birləşdirilməsi barədə sərəncam imzaladığını xatırladan M. İbrahimov deyib ki, hazırda bu sərəncamın icrası istiqamətində işlər gedir. M.İbrahimov qeyd edib ki, proses tam olaraq iyunun 30-dək başa çatacaq.

Şöbə müdiri vurğulayıb ki, qoşulma başa çatandan sonra yeni tədris ilindən AMİ-nin Bakıdakı əsas binasından ADPU-nun tədris korpusu kimi istifadə ediləcək: "Eyni ixtisaslar, fakültələr üzrə tələbələr qarşılıqlı şəkildə birgə təhsil alacaqlar. Uyğun fakültələr üzrə tələbələrin qarşılıqlı tədrisi aparılacaq. Azərbaycan Müəllimlər İnstitutunun bölgələrdəki filialları isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialları olaraq fəaliyyətini davam etdirəcək. Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilməsinə başlanarkən institutun 7 filialı var idi. Lakin sonradan prezidentin sərəncamı ilə Zaqatala filialı Azərbaycan Dövlət İqtisad Universitetinin, Qazax filialı isə Bakı Dövlət Universitetinin tabeçiliyinə verilib. Yeni tədris ilindən Azərbaycan Müəllimlər İnstitutunun 5 filialı - Cəlilabad, Şamaxı, Quba, Şəki, Ağcabədi Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı olaraq fəaliyyətini davam etdirəcək. Burada tədris bizim tədris proqramlarına uyğun olaraq aparılacaq".
Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......