tehsil_xeberleri_metn Müəllimlərin işə qəbulu imtahanının nəticələri nə vaxt bilinəcək?

Müəllimlərin işə qəbulu imtahanının nəticələri nə vaxt bilinəcək?

Müəllimlərin işə qəbulu imtahanının nəticələri nə vaxt bilinəcək?

2017-ci ildə müəllimlərin işə qəbulu ilə bağlı test imtahanı mərhələsində müvafiq keçid balı toplayan, lakin vakant yerə qəbul ola bilməyən müəllimlərin işə qəbulu üçün keçirilən müsahibələrin nəticələri gələn həftənin əvvəlində açıqlanacaq.

Milli.AzTrend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, 2017-ci ildə müəllimlərin işə qəbulu ilə bağlı test imtahanı mərhələsində müvafiq keçid balı toplayan, lakin vakant yerə qəbul ola bilməyən müəllimlər bu tədris ili ərzində yeni yaranan vakant yerlərə, yaxud müsabiqədə tutulmayan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə cəlb olunurlar.

Ölkə üzrə belə müəllimlərin sayının 2 mindən çox olduğunu deyən nazirlik rəsmisi deyib ki, belə müəllimlərin işə qəbulu prosesinin mərkəzləşmiş qaydada həyata keçirilməsi məqsədilə onların proqram təminatı vasitəsilə elektron qeydiyyatın aparılması və müraciət edən müəllimlərin daimi əsaslarla işə qəbulu məsələsinə baxılması qərara alınıb .

E.Bağırov bildirib ki, martın 29-dan aprelin 4-dək elektron qaydada qeydiyyat həyata keçirilib, 2800-ə yaxın müəllim qeydiyyatdan keçib: "Təhsil Nazirliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində yeni yaradılan İnsan Resursları Mərkəzi tərəfindən həmin müəllimlərin məlumatları emal olunub, nəticədə 800-ə yaxın müəllim müsahibə mərhələsinə dəvət olunub. Hazırda müsahibələr davam edir. Bu gün 460 nəfərə yaxın namizəd dəvət edilib. Onlar ibtidai sinif, fiziki tərbiyə, musiqi müəllimləridir. Sabah isə qalan digər bütün fənlərin müəllimləri müsahibələrdə iştirak edəcəklər".

E.Bağırov deyib ki, müsahibənin keçirilməsi üçün 20 komissiya fəaliyyət göstərir.

Müsahibələrin sabah yekunlaşacağını deyən E.Bağırov əlavə edib ki, növbəti həftənin əvvəlində Təhsil Nazirliyi tərəfindən hər bir namizədin şəxsi səhifəsinə müsahibələrin nəticələri göndəriləcək: "Müsabiqəyə dəvət olunmayan namizədlərin də elektron ünvanlarına imtinanın səbəbi göndəriləcək".

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...