Müəllim və şagirdlərin nəzərinə: məktəblərdə fotoşəkil çəkmək qadağan edilə bilər (səbəb)

Müəllim və şagirdlərin nəzərinə: məktəblərdə fotoşəkil çəkmək qadağan edilə bilər (səbəb)


FaktXəbər
-in verdiyi məlumata görə, Bakı Şəhər Təhsil İdarəsindən bu qurumun tabeliyində olan bütün məktəblərə foto çəkilişlərini bir şirkətin - "Panoramik" MMC-nin vasitəsilə aparmağı tövsiyə edən məktub göndərilib. Məktubda bildirilib ki, bəzi hallarda təhsil müəssisələrində fotoqrafiya işlərini qeyri-peşəkar şəxslər fərdi şəkildə və baha qiymətə görür, bu da valideyn və şagirdlərin narazılığına səbəb olur. Buna görə məktəb direktorlarına tövsiyə olunub ki, fotoqrafiya işlərinin yüksək səviyyədə, bazar qiymətindən ucuz aparılması üçün bu işləri "Panoramik" MMC vasitəsilə icra etsinlər.
Bu, paytaxt məktəblərində foto işlərinin bir şirkətin inhisarına alınması deməkdirmi? "Media forum" saytı sualı Bakı Şəhər Təhsil İdarəsinin təminat və təchizat sektorunun məsləhətçisi Əli Abdullayevə ünvanlayıb.

Müəllim və şagirdlərin nəzərinə: məktəblərdə fotoşəkil çəkmək qadağan edilə bilər (səbəb) - 2
Əli Abdullayev bildirib ki, sözügedən məktub əmr yox, tövsiyə xarakteri daşıyır: "Heç kəsi məcbur etmirik ki, hökmən bunu etsin. Məktubu bizə olan şikayətlər əsasında göndərmişik. Dəfələrlə bizə valideynlərdən və müəllimlərdən şikayətlər olub ki, məktəblərdə baha qiymətə foto çəkirlər.
Əgər "Panoramik" MMC fotoçəkilişləri başqalarından ucuz aparırsa, onun xidmətindən istifadə etməkdə nə problem var? Biz bu işləri bir şirkətlə görməyi tövsiyə etməklə inhisar yaratmırıq. Müqayisə etsinlər, əgər "Panoramik" MMC-dən ucuz yerlər varsa, orada şəkillərini çəkdirə bilərlər. Buna etirazımız yoxdur".

"Panoramik" MMC-nin foto çəkilişlərini hansı qiymətlərlə apardığına gəlincə, Əli Abdullayev budan məlumatsız olduğunu söyləyib.
Maraqlıdır ki, hər hansı bir müəllim və ya şagird öz telefon və ya fotoaparatı ilə şəkil çəkmək istəsə həmin MMC-dən icazə və ya lisenziya almalıdırmı?

  • Paylaşmağı unutma

Səhr yaz

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) qəbul olmaq istəyən 115 min 245 abituriyent ərizə verib. Bununla bağlı "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

"Təəssüf hissi ilə qeyd etməliyik ki, peşə təhsilinə qəbul ali təhsilə qəbuldan 3 dəfə azdır. Ölkəyə inkişaf istiqamətlərinə uyğun zəruri peşələrə malik ixtisaslı işçilər tələb edilir"....

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına fevralın 11-də keçirilən qəbul imtahanının yekun nəticələrini elan edib. "Report" xəbər verir ki, bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər.