tehsil_xeberleri_metn Misirdə Azərbaycan dilini öyrənənlərin sayı artır - Təhsil xəbərləri

Misirdə Azərbaycan dilini öyrənənlərin sayı artır

Misirdə Azərbaycan dilini öyrənənlərin sayı artır

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kurslarında 22 tələbənin iştirakı ilə yeni tədris ili başlayıb.

Cəmiyyətin sədri, tədqiqatçı-alim Seymur NəsirovAZƏRTAC-a bildirib ki, 2019-cu ildən bəri ödənişsiz əsasda təşkil olunan və müəllim İnarə Osmanovanın dərs dediyi Azərbaycan dili kurslarında müxtəlif ölkələrdən olan gənclər dilimizin qrammatikasını öyrənir, həmçinin danışıq üzrə yaradılmış klubun fəaliyyətində yaxından iştirak edirlər. Onlar mütəmadi olaraq Misir və digər ərəb ölkələrinin mətbuatında Azərbaycan haqqında məqalələrlə çıxış edir, xalqımızın qədim mədəniyyətini, adət-ənənələrini, tolerantlığını təbliğ edirlər. Tələbələrdən bir neçəsi ölkəmizə və qardaş Türkiyəyə səfər edib, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti və digər fənlər üzrə kurslarda 35 ölkədən 400-ə yaxın tələbə təhsil alır. Bundan başqa, Qahirə və Ayn-Şəms universitetlərində də Azərbaycan dili tədris edilir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...