Misir Mərdanov kurrikulum haqqında

Misir Mərdanov kurrikulum haqqında

Növbəti ildən buraxılış və ali məktəblərə qəbul imtahanlarında tətbiq ediləcək yeni modelin detalları məlum olub. İmtahanlarda dinləmə bacarığı tələb edən və yeni açıq tipli suallardan istifadə ediləcək. Yeni qaydalara görə, buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələri toplanacaq, ən yüksək halda 700 bala çatacaq.

Digər maraqlı məqam odur ki, 2019-2020-ci tədris ilindən etibarən kurrikulum əsasında təhsil alan şagirdlər ilk dəfə ali məktəbə imtahan verəcəklər.

Bildirək ki, kurikulumun tətbiqi “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası” (Milli Kurrikulumu) əsasında həyata keçirilir. Bu sistem təhsilimizə eks-təhsil naziri Misir Mərdanovun dövründə gətir-lib.

Azərbaycanda kurikulum 2008-2009 – cu tədris ilindən birinci siniflərdə tətbiq olunur. Kurrikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli bilikləri öyrətmək, onların məntiqi təfəkkürünü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır.

Eks-təhsil naziri Misir Mərdanov açıqlamasında buraxılış və qəbul imtahanlarında tətbiq ediləcək yeni modelin detallarını müsbət dəyərləndirib.

“Düşünürəm ki, yeni modelin təfəkkürün, təhsilin inkişafı üçün çox böyük əhəmiyyəti olacaq. Həmçinin, yeni modelin tətbiqi təhsilimizin irəliləməsi üçün mühüm addımdır”.

Misir Mərdanov nazir olduğu dövrdə tətbiqinə başlanılan kurikulum sistemi barədə belə deyib:

“Kurikulumun tətbiqinə başlanıldığı zaman çətinliklər vardı. İndi də müəyyən çətinliklər var. O zaman çətinliklər daha çox idi. İnsanlarımız kurikulum sözünü deməkdə belə çətinlik çəkirdilər. Ancaq indi həm müəllimlər, həm də valideynlər kurikulumun nə demək olduğunu bilir. Dünya təhsili bu yolla gedir. Biz də şübhəsiz ki o yolla getməliyik. Əminəm ki, il-ildən işlər daha yaxşı olacaq. İnanıram ki, kurikulumla təhsilə başlayan şagirdlər abituriyent kimi daha yaxşı nəticə göstərəcək”.(modern.az)

  • Paylaşmağı unutma

Səhr yaz

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) qəbul olmaq istəyən 115 min 245 abituriyent ərizə verib. Bununla bağlı "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

"Təəssüf hissi ilə qeyd etməliyik ki, peşə təhsilinə qəbul ali təhsilə qəbuldan 3 dəfə azdır. Ölkəyə inkişaf istiqamətlərinə uyğun zəruri peşələrə malik ixtisaslı işçilər tələb edilir"....

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına fevralın 11-də keçirilən qəbul imtahanının yekun nəticələrini elan edib. "Report" xəbər verir ki, bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər.