“Mir Cəlal – 115” mövzusunda Respublika elmi konfransı keçiriləcək

Aprelin 18-19-da XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli söz ustadı, məşhur yazıçı, görkəmli ədəbiyyatşünas, mahir pedaqoq, parlaq şəxsiyyət Mir Cəlal Paşayevin (1908-1978) anadan olmasının 115 ili tamam olur. Bakı Dövlət Universiteti (BDU) görkəmli yazıçı və alimin zəngin və çoxşaxəli fəaliyyətinin öyrənilməsinə, həmçinin Azərbaycan filologiyasında Mir Cəlal yaradıcılığının yeni konseptual aspektdə nəzərdən keçirilməsi, dilçilik və ədəbiyyatşünaslıqda bu mövzunun şərhi istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə vermək məqsədilə “Mir Cəlal – 115” mövzusunda Respublika elmi konfransı keçirəcək.

Bu barədəAZƏRTAC-a BDU-dan məlumat verilib.

Konfransda iştirak etmək istəyən elm adamları və gənc tədqiqatçılar mövzu ilə bağlı məruzələrin xülasələrini (400-500 söz həcmində) aprelin 5-dək təşkilat komitəsininbdu.konfrans@mail.ruünvanına göndərə bilərlər.

Konfrans Azərbaycan, türk, rus və ingilis dillərində təşkil olunur.

Əvvəllər çap olunmuş və göstərilən tələblərə cavab verməyən xülasələr təşkilat komitəsi tərəfindən qəbul edilməyəcək və bu barədə müəlliflərə ayrıca məlumat verilməyəcək.

Konfransa təqdim olunmuş yazılar təşkilat komitəsi tərəfindən dəyərləndirildikdən sonra nəticələri barəsində müəlliflərə elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək.

Təşkilat komitəsi ilə əlaqə: telefon: 012 539 02 12; 012 539 03 73

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...