MİQ üçün növbəti vakansiya seçimləri başladı

MİQ üçün növbəti vakansiya seçimləri başladı - 1

3 sentyabr saat 18:00-dan etibarən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimlərinə start verilir.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək vakansiya seçimi 6 sentyabr saat 18:00-dək davam edəcək. Müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər.

Müsabiqənin hazırkı vakansiya seçimlərində iştirak etmək istəyən namizədlər yuxarıda qeyd olunan tarixədək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Qeyd edək ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Yeni yaranan, əvvəlki turlarda tutulmayan vakant yerlər növbəti müddətli müqavilə ilə işə qəbul turlarında vakansiyaya çıxarılacaq və həmçinin tədris ili ərzində yaranan vakant yerlərə əlavə yerləşdirmə həyata keçiriləcək.

Müddətli müqavilə ilə vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün tədris ili ərzində daimiləşdirmə müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulub.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu il neçə tələbənin xaricə göndərilməsi nəzərdə tutulur?

Bu il neçə tələbənin xaricə göndərilməsi nəzərdə tutulur?

“Birinci dövlət proqramı vasitəsilə təhsil alan tələbələrimizin əksəriyyəti ölkəyə qayıdaraq burada işləyiblər. Yeni proqram hazırlanarkən xaricə oxumaq üçün gedən şəxslərin geri qayıtması ilə bağlı nüanslar da nəzərə alınacaq”...

Təhsil almaq üçün xaricə tələbələr göndəriləcəkmi?

Təhsil almaq üçün xaricə tələbələr göndəriləcəkmi?

“Xaricdə təhsil alan məzun kimi deyə bilərəm ki, bu proqramın icrası bir çox azərbaycanlı gəncin həyatını yaxşı mənada dəyişib”. “Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin ...

Məktəbəhazırlıq qruplarında məşğələlər başlayacaq

Məktəbəhazırlıq qruplarında məşğələlər başlayacaq

Sabahdan məktəbəhazırlıq qruplarında əyani formada məşğələlər başlayır. “Report” xəbər verir ki, ölkə üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin, Bakıdakı 276 ümumi təhsil...