tehsil_xeberleri_metn MİQ-lə bağlı yeniliklərə ehtiyac var idi-Niyazi Şərifsoy

MİQ-lə bağlı yeniliklərə ehtiyac var idi-Niyazi Şərifsoy

MİQ-lə bağlı yeniliklərə ehtiyac var idi-Niyazi Şərifsoy

“Müəllimlərin etirazları ilə razı deyiləm”.

Bu sözləriAzEdu.az-aaçıqlamasında “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı, təhsil jurnalisti Niyazi Şərifsoy deyib.

Belə ki, bu ildən müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində bir sıra dəyişiklər edilib. İmtahan vaxtı 90 dəqiqədən 120-yə çıxarılıb və sualların cavablandırılması 100 ballıq şkala üzərindən qiymətləndiriləcək.

Niyazi Şərifsoy bu yeniliklərlə bağlı öz fikirlərini ifadə edib:

“Ötən il keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi zamanı müədavimlər vaxt baxımından suallları cavablandırmaqda çətinlik yaşayıblar. Ona görə də bu il islahatların olması labüd idi. Ümumiyyətlə, MİQ-lə bağlı dəyişiklərin aparılması və prosesin təkmilləşdirilməsinə ehtiyac var idi. Çox yaxşı oldu ki, nazirlik bu məsələyə köklü şəkildə yanaşdı. Müəyyən problemlərin aradan qaldırılması istiqamətində addımlar atıldı. 60 sual olması və bunun 100 ballıq şkala ilə qiymətləndirilməsi müsabiqədə seçim edərkən çətinliklər yaranmayacaq. Əvvəlki 57 bal toplayan 5-10 nəfər olurdusa, 100 ballıq sistem ilə bu nəticə də aradan qalxacaq. Çünki orada səhv sualların bir düzgün cavabı aparması prosesi var. Bu, da müsbət qarşılanır. Burada ən diqqət çəkən məqamlardan biri də şəhid ailələrindən olan müəllimlərə seçim zamanı daha çox imkanın yaradılmasıdır. Abşeron, Bakı və Sumqayıt ərazisində olan müddətsiz əmək müqaviləsi çalışanlara güzəşt edilməsi olduqca müsbət haldır. Düşünürəm ki, ixtisasla bağlı sualların sayının çox olması onun məzmununu dəyişmir. Çünki müəllimlərin öz ixtisaslarıdır. Bəzi müəllimlərin ixtisas suallarının 2 balla qiymətləndirilməsinə etiraz etməsi ilə razı deyiləm. Onlar öz ixtisaslarını bilirlərsə, istənilən sayda suala cavab vermək iqtidarına sahib olacaqlar. Lakin burada əsas məqam ondan ibarətdir ki, seçim arasında qalan müəllimlərin sayı azalacaq. Bal şkalasının yaradılması nazirliyin müəllim seçimi etməsini daha da rahatlaşdıracaq. Hər zaman bal şkalasının yüksəyə qaldırılmasının tərəfdarı olmuşam. Müəllimlərin bu məsələ ilə bağlı olan etirazları ilə razı deyiləm”.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...