Mingəçevir Dövlət Universitetində natiqlik təlimlərinə start verilib

Mingəçevir Dövlət Universitetində natiqlik təlimlərinə start verilib - 1

2021-ci ilin 21 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU)Karyera və İnkişaf Mərkəzinin Təşkilatçılığı ilə “Həyatda və karyerada nitqinlə fərqlən” adlı modul təlimlərə start verilib. Təlimdə universitetin gənc akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

AzEdu.azxəbər verir ki, gənclərdə nitq mədəniyyətinin və natiqlik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərin birinci modulunda MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Svetlana Nəsibli təqdimatla çıxış edib.

Səlis nitqin insanın həyat və karyerasında önəmini vurğulayan S.Nəsibli səhnədə nitq zamanı həyəcanın dəf edilməsi və nitq mədəniyyətinə yaxşı yiyələnməyin üsullarından bəhs edib, işgüzar və akademik kommunikasiyada gözlənilməsi vacib olan qaydaları izah edib və düzgün nəfəs almaq üçün praktiki məşqlər nümayiş etdirib.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin əlavə bilik və bacarıqlarının artırılmasına hədəflənən müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir. Bu baxımdan MDU-da yeni yaradılan Karyera və İnkişaf Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

  • Paylaşmağı unutma

Səhr yaz

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istə...

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb...

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, ...

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına - günəş enerjisini artıran reaksiyaya ...