“Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı videoçarx və foto müsabiqəsinə start verilir

Martın 17-dən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı videoçarx və foto müsabiqəsinə start veriləcək.

Bu barədə"Report"a nazirlikdən məlumat verilib.

Müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi, gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsi, gənc istedadların üzə çıxarılması və onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsindən ibarətdir.

Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında iki yaş qrupunda (9-13 yaş və 14-17 yaş) aşağıdakı nominasiyalar üzrə keçirilir:

- videoçarx nominasiyası;

- foto nominasiyası.

Müsabiqə aşağıdakı mərhələlər üzrə keçirilir:

I mərhələ –17 mart - 24 aprel tarixlərini əhatə edir. Bu mərhələdə müsabiqəyə qatılmaq istəyən iştirakçıların qeydiyyatı ilə bağlı sifarişlər, foto və videoçarxlar müsabiqənin təşkilat komitəsininugim-3@mk.edu.azelektron poçt ünvanına göndərilməlidir.

II mərhələ –5-15 may tarixlərini əhatə edir. Təqdim edilən işlər münsiflər heyəti tərəfindən müvafiq meyarlar üzrə qiymətləndirilir və qaliblər seçilir.

Müsabiqədə hər yaş qrupu və nominasiyalar üzrə I, II, III yerlərin qalibi olmuş iştirakçılar Elm və Təhsil Nazirliyinin fəxri fərman və hədiyyələri ilə təltif olunacaqlar.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...