tehsil_xeberleri_metn Məktəblər belə olacaq - açıq havada!? - Təhsil xəbərləri

Məktəblər belə olacaq - açıq havada!?

Məktəblər belə olacaq - açıq havada!?
COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Təhsil Nazirliyinin Kollegiyasının 21.05.2020-ci il tarixli qərarı ilə "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası" təsdiq edilib.

Milli.AzTrend-ə istinadən bildirir ki,bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, qaydaya əsasən şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilib:

"Hər hansı fənn üzrə illik qiyməti ilə razılaşmayan V-VIII və X sinif şagirdlərinə ümumi təhsil müəssisəsinə yenidən məktəbdaxili qiymətləndirmənin təşkili ilə bağlı müraciət etmək imkanı yaradılıb.

Əldə olunan ilkin məlumatlara əsasən 20 minə yaxın şagird bu hüququndan istifadə etmək üçün müraciət edib.

Ölkə ərazisində 31 avqust 2020-ci il tarixədək xüsusi karantin rejiminin tətbiq olunduğunu nəzərə alaraq, illik qiyməti ilə razılaşmayan və ya biliyi qiymətləndirməyən şagirdlərin biliyinin yenidən qiymətləndirilməsi prosesinin 21-31 avqust 2020-ci il tarixləri arasında aşağıdakı iki formadan biri və ya hər ikisi seçilməklə həyata keçirilməsi tövsiyə olunur:
1. Microsoft Teams platformasında onlayn şəkildə;
2. Məktəblərdə açıq hava şəraitində.

Açıq hava şəraitində qiymətləndirmə "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər"in (əlavə olunur) tələbləri gözlənilməklə həyata keçirilir.

Qiymətləndirmənin təşkili formasının müəyyənləşdirilməsi üçün məktəb rəhbərliyi tərəfindən məktəbin maddi-tədris bazası, texniki təminatı və şagird-müəllim heyətinin internet resurslarına çıxış imkanları araşdırılmalı, araşdırma nəticəsinə əsasən, qiymətləndirmə formasının keçirilməsiə dair qərar qəbul edilməli və bu barədə müəllimlərə, valideyn və şagirdlərə məlumat verilməlidir.

Əlavə olaraq bildiririk ki, II-VIII və X siniflərdə məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə keçirilməsi "Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti qaydalar"a əsasən tənzimlənir".

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...