Məktəbin nüfuzunun artırılması ilə bağlı yeni layihəyə başlanılır

Bakı, 23 yanvar,AZƏRTAC

Elm və Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən “Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin icrasına başlanılıb.

AZƏRTACxəbər verir ki, layihənin əsas ideyası məktəb-icma münasibətlərini təkmilləşdirmək, beləliklə, məktəb nüfuzunun artırılmasına nail olmaq, effektiv məktəb mühitini formalaşdırmaqdır. Məqsədə nail olmaq üçün məktəb inkişaf şuralarının yaradılması, icmada praktiki layihələrin həyata keçirilməsi və davamlılığı nəzərdə tutulub.

Belə ki, layihə çərçivəsində Türkan qəsəbəsi 262 saylı və Hövsan qəsəbəsi M.Mehdiyev adına 280 saylı tam orta məktəblərdə hər biri 9 nəfərdən ibarət Məktəb İnkişaf Şurası formalaşdırılacaq və onların bacarıqlarının artırılması üçün 11 mövzuda 22 təlim sessiyası (liderlik və komanda işi, effektiv təqdimat və s.) təşkil ediləcək. Eyni zamanda, icma və məktəbin ehtiyaclarının müəyyələşdirilməsi üçün sorğular keçiriləcək, müəyyən edilmiş prioritet ehtiyacların həlli üçün tədbirlər planı və layihə təklifləri hazırlanacaq. Hər bir icmada məktəb və icmanın iştirakı ilə bir layihə (məktəb kitabxanasının zənginləşdirilməsi, məktəbin elmi-texniki bazasının gücləndirilməsi, məktəb həyətində yaşıllığın salınması, idman qurğularının quraşdırılması və s.) icra ediləcək. Həmçinin silsilə tədbirlər keçiriləcək. Məktəb-icma münasibətlərinin təkmilləşdirilməsi və davamlılığı üçün 3 illik Fəaliyyət Planı hazırlanacaq.

Layihənin bu yaxında keçirilmiş təqdimat mərasimində çıxış edən “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin icraçı direktoru İsrayıl İsgəndərov əsas məqsədin məktəbin icmanın nüfuz mərkəzinə çevrilməsi olduğunu vurğulayıb. Təqdimatda çıxış edən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və digər qonaqlar icra ediləcək layihənin əhəmiyyətini yüksək qiymətləndirərək təklif və tövsiyələrini bildiriblər.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...