Məktəbəhazırlıq qruplarında məşğələlər başlayacaq

Məktəbəhazırlıq qruplarında məşğələlər başlayacaq - 1

Sabahdan məktəbəhazırlıq qruplarında əyani formada məşğələlər başlayır.

“Report” xəbər verir ki, ölkə üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin, Bakıdakı 276 ümumi təhsil müəssisəsində isə 25 189 beşyaşlının təhsilə cəlb olunacağı gözlənilir.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Mövcud pandemiya şəratinə görə bu il hazırlanan yeni Tədris Planına əsasən siniflərdə şagirdlərin sayının 30-dan çox olmasına icazə verilməyəcək.

Yeni tədris planında uşaqların dərs ili ərzində payız, qış və yaz tətilləri də müəyyən olunub. Məşğələlərin mayın 31-də başa çatması planlaşdırılır. Qruplarda həftəlik dərs yükünə uyğun məşğələ saatları 12 saat nəzərdə tutulur. Məşğələləri yalnız ibtidai sinif müəllimləri aparacaq.

Bir məşğələnin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqə olacaq. Zərurət yaranarsa, tənəffüslər uzadıla bilər. Bu qruplarda uşaqlara ev tapşırığı verilməyəcək. Onların nailiyyətləri şifahi formada qiymətləndiriləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...