“Məktəbdə...” layihəsinin növbəti qonağı Mirşahin Ağayev olub

“Məktəbdə...” layihəsi çərçivəsində növbəti görüş Bakıdakı 118 nömrəli tam orta məktəbdə keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ)AZƏRTAC-a bildiriblər ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı “Real” Təhlil və İnformasiya Mərkəzinin direktoru, Əməkdar jurnalist Mirşahin Ağayev olub.

Görüşdə M.Ağayev məktəb illəri ilə bağlı xatirələrindən söz açıb, müasir dövrün tələbləri və bu günün məktəbi, təhsilə ictimai baxış, məktəb və müəllim nüfuzunun qorunması, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məqamlardan danışıb.

Müasir dünyada mətbuatın, xüsusilə elektron medianın rolundan bəhs edən qonaq öyrədici informasiyanı seçmək bacarığı, sosial şəbəkələrin gənclərə təsirləri və mövcud imkanlardan səmərəli istifadə yollarından söz açıb. M.Ağayev Vətəni qoruyan əsgərlə informasiya müharibəsində mübarizə aparan media nümayəndəsini birləşdirən ortaq dəyərlər, hər peşədə, sənətdə fərqlənməyi bacarmaq və digər maraqlı mövzularla bağlı şagirdlərlə fikir mübadiləsi aparıb, onların suallarını cavablandırıb.

Qeyd edək ki, “Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...