tehsil_xeberleri_metn “Məktəbdə...” layihəsinin növbəti qonağı kulturoloq Fuad Məmmədov olub

“Məktəbdə...” layihəsinin növbəti qonağı kulturoloq Fuad Məmmədov olub

“Məktəbdə...” layihəsinin növbəti qonağı kulturoloq Fuad Məmmədov olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü 320 nömrəli tam orta məktəbdə keçirilib.

BŞTİ-dənAZƏRTAC-a bildirilib ki, layihənin budəfəki qonağı kulturoloq, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Fuad Məmmədov olub.

Görüşdə F.Məmmədov məktəb həyatında yadda qalan hadisələrdən, sevimli müəllimlərindən, təhsilimizin perspektiv inkişaf yolundan söz açıb, mənəvi keyfiyyətlərin insan taleyindəki rolundan, ictimai davranış qaydaları, insanlar arasındakı mədəni münasibətlər barədə danışıb.

Şərqlə Qərb mədəniyyətlərinin oxşar və fərqli xüsusiyyətləri, mədəni insan formulu, xoşbəxtliyin düsturu və digər maraqlı mövzular ətrafında şagirdlərlə fikir mübadiləsi aparan F.Məmmədov onların suallarına aydınlıq gətirib.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...