Məktəb binasının çökməsi ilə bağlı cinayət işi açıldı

Naxçıvan Muxtar Respublikasında məktəb binasının çökməsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədəModern.az-a muxtar respublikanın prokurorluğundan məlumat verilib.

Belə ki, Babək rayon Nehrəm kənd 3 saylı tam orta məktəbdə aparılan yenidənqurma işləri zamanı 31 mart 2022-ci il tarixdə binanın bir hissəsinin çökməsi nəticəsində dörd nəfər şəxsin ölməsi, bir nəfərin isə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Daxil olmuş vətəndaş müraciəti əsasında araşdırma materialı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda öyrənilib və həmin qərar fevralın 8-də ləğv edilərək Cinayət Məcəlləsinin 222.4-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...