MEK-də “Zəfər tariximizin müzəffər sərkərdəsi” adlı virtual sərgi hazırlanıb

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarındakı nəşrlər əsasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günü münasibətlə “Zəfər tariximizin müzəffər sərkərdəsi” adlı virtual sərgi hazırlanıb.

MEK-dənAZƏRTAC-a bildirilib ki, virtual sərgidə Prezident İlham Əliyevin həyatı və siyasi fəaliyyətini özündə əks etdirən dəyərli nəşrlər yer alıb. Onların sırasında “Azərbaycan: güclü regional mərkəz”, “Şanlı tarix qəhrəmanlıq salnaməsi”, “Zəfərə aparan yol”, “Dövlət quruculuğu”, “İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri”, “Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimiz haqqında fikirləri”, “Zəfərə aparan illər”, “Türk dünyasının yeni lideri”, “Xilaskarlar”, “İlham Əliyev: Bizim siyasətimiz bizim işimizdir”, “Yeni dövrə yeni liderlə” nəşrləri yer alıb.

Sərgidə, həmçinin “Heydər Əliyev-İlham Əliyev: Azərbaycançılığın Zəfər yolu”, “Böyük yolun davamçısı”, “Prezident İlham Əliyev və mədəniyyət” 2 cilddə, “Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)”, “İlham Əliyev bu günün və gələcəyin uğur faktorudur”, “Qarabağ Azərbaycandır! Zəfər Epopeyası”, eləcə də MEK-in 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” biblioqrafik göstəricisi yer alıb.

Azərbaycan, türk, rus, ingilis dillərində olan nəşrlərdə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətindən, milli ideyaların gerçəkləşdirilməsindən söhbət açılır. Həmçinin möhtəşəm tarixi Zəfərlə bütün dünyaya ölkəmizin gücünü, haqq və ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi uğurundan bəhs olunur.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...