Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək

Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək - 1

Dövlət İmtahan Mərkəzi dekabrın 26-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün sınaq imtahanı keçiriləcək.

Mərkəzdən "Report"a verilən məlumata görə, sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq.

Sınaq imtahanının məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsilə bakalavrların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, informatika və xarici dil üzrə bilik və bacarıqlarını, oxuyub-anlama və dinləyib-anlama vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.

İmtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər 16 dekabr saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 50 (əlli) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat epayment.dim.gov.az səhifəsində verilib).

Daha sonra Mərkəzin saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, xarici dil seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərsiniz.

İştirakçıların nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız bakalavrın şəxsiyyət vəsiqəsinin əsli, "İmtahana buraxılış vərəqəsi" və “İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannamə əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələnlər imtahana buraxılmır.

  • Paylaşmağı unutma

Səhr yaz

5
Azərbaycanda nə qədər əcnəbi tələbələ oxuyur?

Azərbaycanda nə qədər əcnəbi tələbələ oxuyur?

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb. Təhsil Nazirliyindən verilən məlumata görə, ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan tələbə təhsil alır.

Azərbaycan dilinin qorunması ilə bağlı beynəlxalq tədbir haqqında

Azərbaycan dilinin qorunması ilə bağlı beynəlxalq tədbir haqqında

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Dilimizə sevgi ilə yola çıxdıq” adlı beynəlxalq tədbir keçirilib. "Report" xəbər verir ki, Azərbaycan dilinin qorunması..

DİM-in yanvar-fevral aylarında keçiriləcək imtahanları

DİM-in yanvar-fevral aylarında keçiriləcək imtahanları

Dövlət İmtahan Mərkəzi gələn ilin yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixlərini açıqlayıb.Mərkəzdən "Report"a verilən məlumata görə, yanvar ayında dövlət qulluğuna qəbul və Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı

Azərbaycanda bir qrup alimə ərzaq yardımı edilib

Azərbaycanda bir qrup alimə ərzaq yardımı edilib

AMEA-nın Azad Həmkarlar İttifaqı və Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sözügedən Qarabağ müharibəsi veteranları və şəhid ailələrinə ...