no source to take refreal data Magistratura imtahanlarının vaxtı niyə dəyişdi? - Təhsil xəbərləri

Magistratura imtahanlarının vaxtı niyə dəyişdi?

Magistratura imtahanlarının vaxtı niyə dəyişdi? - 1
Bu il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar ali təhsil müəssisələrinin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarının vaxtı dəyişib.

AzVision.azxəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı magistratura səviyyəsinə qəbul imtahanlarının qrafikində dəyişiklik nəzərdə tutulur. “Ötən il magistraturaya qəbul imtahanının I mərhələsi mart ayında keçirilmişdisə, bu il imtahanın ilk mərhələsinin fevralın sonunda aparılması nəzərdə tutulur. Magistratura pilləsinə qəbul imtahanının II mərhələsi isə ötən il mayın sonunda təşkil olunmuşdusa, bu il imtahan aprelin sonu və ya mayın əvvəlində aparılacaq”. Şöbə müdiri bu il magistratura pilləsi üzrə qəbul planı barədə də məlumat verib: “Hazırda cari ildə qəbul aparılacaq ixtisaslarının sayı müəyyənləşdirilir. Qəbul siyahısında yeni ixtisaslaşmalarla bağlı elə bir dəyişiklik yoxdur. Amma magistratura pilləsinə qəbul aparılacaq ixtisasların sayı və qəbul planı barədə dəqiq məlumat martın sonu-aprelin əvvəlində veriləcək”.
  • Paylaşmağı unutma

Səhr yaz

AMEA-nın yeni Nizamnamə layihəsi Prezidentə təqdim ediləcək

AMEA-nın yeni Nizamnamə layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən Ümumi yığıncağında təsdiqlənən yeni Nizamnamə layihəsi Azərbaycan Prezidentinə təqdim ediləcək. "Report"un xəbərinə görə, toplantıda AMEA-nın yeni Nizamnamə layihəsini qurumun vitse-prezidenti...

Bu gün Günəş tutulacaq

Bu gün Günəş tutulacaq

Bu gün Günəş tutulması baş verəcək.“Report”un xəbərinə görə, bu, 2022-ci ilin ikinci qismən Günəş tutulması olacaq.Təbii hadisə saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:00-da olacaq, 4 saat 4 dəqiqə davam edəcək.