Macarıstanda təhsil almaq üçün seçilmiş namizədlərlə müsahibələrə başlanılıb

Macarıstanda təhsil almaq üçün seçilmiş namizədlərlə müsahibələrə başlanılıb

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2023-2024-cü tədris ili üzrə Macarıstanda təhsil almaq üçün seçilmiş namizədlərlə müsahibələrə başlanılıb.

Bu barədəAZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsahibələr müvafiq ixtisas istiqamətləri üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələri və həmin sahələrin ekspertləri tərəfindən onlayn aparılır.

Qeyd edək ki, Macarıstanda təhsil üzrə ümumi müraciət sayının (748) çox, namizədlər arasında rəqabətliliyin yüksək olması və vaxt məhdudiyyəti səbəbindən hər bir namizəd üçün yalnız bir dəfə müsahibə tarixi müəyyən edilir. Əvvəlcədən Elm və Təhsil Nazirliyini məlumatlandırmadan müsahibədə iştirak etməyən namizədlərə əlavə şərait yaradılması imkan xaricindədir.

Müvafiq elan mətnində də qeyd edildiyi kimi, müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə yalnız elektron poçt ünvanı/şəxsi kabinet vasitəsilə bildiriləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...