LDU Kars (Kafkas) Universiteti ilə əlaqələrini genişləndirir

LDU Kars (Kafkas) Universiteti ilə əlaqələrini genişləndirir - 1

Kafkas(Kars) Universitetinin prorektoru,professor Engin Kılıç, Beynəlxalq əlaqələr bölməsininrəhbəri,professor Hacəli Nəcəfoğlu, Baytarlıq fakültəsinin dekanmüavini, professor Cihan Kaçar, həmin fakültəninprofessoruYavuz ÖztürklərLənkəran Dövlət Universitetində(LDU)olublar.

AzEdu.azxəbər verir ki, LDU-nunrektoru,professor Natiq İbrahimovqonaqlara rəhbərlik etdiyi ali təhsil ocağı, burada son illərdə təhsilinmodernləşdirilməsi istiqamətində aparılan islahatlar, maddi-texniki bazanın yenilənməsi və s.barədə ətraflı məlumat verib. Qardaş Türkiyə Cümhuriyyətinin ali təhsil ocaqları ilə son illərdə genişlənən əlaqələrdən danışan rektor Natiq İbrahimov bu əlaqələrin daha da genişləndirilməsini məqsədəuyğun hesab etdiyini bildirib.

Kafkas(Kars)Universitetinin prorektoru, professor Engin Kılıç, rektor, professorHüsnü Kapunun salamlarınıLDU-nun rektoru, professor Natiq İbrahimovaçatdıraraq səmimi görüşə və qonaqpərvərliyəgörə minnətdarlığını bildirib,Baytarlıq klinikasının yaradılmasına kadr dəstəyi verəcəklərini deyib.

Söhbət zamanıbirgə kadr hazırlığı, müəllim və tələbə mübadiləsi, ortaq konfransların keçirilməsi, ikili elmi rəhbərlərin təyin olunması, müvafiq ixtisaslar üzrə ikili diplomların təsisi, LDU-da Baytarlıq klinikası açılmasıvə növbəti semestrdənbaşlayaraqprofessor müəllim heyətinin 1 və ya 2 semestrlikLDU-da dərs keçmələri haqqındarazılığa gəlinib.Görüşün sonunda xatirə hədiyyələri təqdim edilib.

Səfər çərçivəsindəqonaqlar LDU-nun Aqrar və mühəndilsik fakültəsininmüəllim vətələbələri iləgörüşüblər. Diskussiyaşəraitindəkeçirilən görüşdəfikir və rəylər dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...