tehsil_xeberleri_metn Kür çayının yatağında orta əsrlərə aid maddi-mədəniyyət nümunələri tapılıb

Kür çayının yatağında orta əsrlərə aid maddi-mədəniyyət nümunələri tapılıb

Kür çayının yatağında orta əsrlərə aid maddi-mədəniyyət nümunələri tapılıb

Kür çayının yatağında orta əsrlərə aid maddi-mədəniyyət nümunələri tapılıb.

“Report”un Aran bürosunun məlumatına görə, Kürün Salyan şəhəri ilə Neftçala rayonunun Şorkənd kəndi ərazisindən keçən hissəsində çay quruduğundan yataqdan qədim maddi-mədəniyyət nümunələri aşkar edilib.

Tək və iki qulplu küplər, şirli-şirsiz saxsı qablar və 100-ə yaxın digər məişət əşyaları tapılıb. Tarixi abidələrin orta əsrlərə aid olduğu ehtimal edilir.

Artıq bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan regional idarəsinə məlumat verilib.

Tarixi abidələr aktlaşdırılaraq Neftçala tarix-diyarşünaslıq muzeyinə veriləndən sonra tədqiqat işləri aparılacaq.

Qeyd edək ki, ötən ilin aprelində də Neftçala rayonunun Cəngan, Pirəbbə və Bala Surra yaşayış məntəqələrində Kür çayının sahilində küp qəbirlər aşkar edilmişdi.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...