Kubanın vitse-prezidenti ADU-nun qonağı olub

Fevralın 27-də Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesan ölkəmizə səfəri çərçivəsində Azərbaycan Dillər Universitetində (ADU) olub.

AZƏRTACxəbər verir ki, universitetin rektoru akademik Kamal Abdulla ölkələrimiz arasında diplomatik əlaqələrin, səmimi dostluq münasibətlərinin mövcud olduğunu qeyd edib. Rektor Kuba Respublikasının ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq çərçivəsində bir sıra görüş və tədbirlərin keçirildiyini bildirib. ADU-da ispan dilinin tədrisindən danışan rektor universitetdə İspan Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Qonaq qeyd edib ki, ölkələrimiz BMT və Qoşulmama Hərəkatı çərçivəsində konstruktiv əməkdaşlıq edir və bir-birini dəstəkləyir. O, ADU-da ispan dilinə olan marağı yüksək qiymətləndirib.

Görüşdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Azərbaycan və Kuba universitetləri arasında əməkdaşlıq istiqamətlərindən bəhs olunub.

Daha sonra Kuba Respublikasının vitse-prezidenti ADU-nun tələbə və müəllimləri ilə görüşüb, fikir mübadiləsi aparılıb.

Sonda qonaq universitetin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...