Kitabxana direktoru: “Azərbaycan və Qətər mədəniyyət və təhsil əlaqələrini möhkəmləndirir”

Kitabxana direktoru: “Azərbaycan və Qətər mədəniyyət və təhsil əlaqələrini möhkəmləndirir”

“Uzun illərdir Azərbaycan və Qətər arasında mədəniyyət və təhsil əlaqələri möhkəmləndirilir”.

Bunu “Report”a Qətər Milli Kitabxanasının icraçı direktoru xanımTan Huismdeyib.

“Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirovla görüşmək çox xoş oldu. Biz, icmalarımızın dəstəklənməsi üzrə cari və gələcək birgə fəaliyyətimiz barədə səmərəli müzakirə apardıq. Bilik mübadiləsi, təhsil və mədəniyyət sahələri üzrə potensial imkanları müzakirə etdik”, - o deyib.

Qətər Milli Kitabxanasının icraçı direktoru onu da əlavə edib ki, bu yaxınlarda imzalanmış Əməkdaşlıq haqqında Memorandum əsas diqqəti kitab və bilik mübadiləsinə ayırmaqla ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinin zəruriliyini əks etdirir. “Qətər Kitabxanası üzvlərinin Azərbaycan və Qətərin mədəniyyəti və tarixi haqqında geniş bilik əldə etmələri üçün bu cür imkanlar təqdim etməkdə davam edəcək, bununla da iki ölkənin yaxınlaşmasına səy göstərəcəyik”, - T.Huism vurğulayıb.

“Ötən il Azərbaycanın Dohadakı səfirliyi Qətər Milli Kitabxanasına ingilis və ərəb dilində 70 kitab hədiyyə etmişdi. Dekabr ayında Qətər Milli Kitabxanası və Azərbaycan səfirliyi böyük şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş tədbir keçirib. Bu tədbir ölkələrin çoxillik ümumi mədəni, dini və tarixi dəyərlərinin təcəssümü idi”, - kitabxana direktoruxatırladıb.

İcraçı direktor iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıqla bağlı gələcək birgə planları bölüşüb: “Qətər Milli Kitabxanası kolleksiyamızın yeni kitablarla zənginləşməsi üçün səylərini davam etdirəcək. Qətər və Azərbaycan xalqlarını yaxınlaşdırmaq üçün yaxın aylarda mədəni irs, ədəbiyyat və poeziya sahəsində əlavə əməkdaşlıq istiqamətləri axtarmaqda davam edəcəyik”.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...