Karyera məsləhətçilərinin hazırlığı üçün intensiv təlim proqramı təşkil olunub

Karyera məsləhətçilərinin hazırlığı üçün intensiv təlim proqramı təşkil olunub

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə peşə məktəblərində karyera mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin olunması üçün həyata keçirilən tədbirlər çərçivəsində “Karyera məsləhəti xidmətinin təşkili” üzrə intensiv təlim proqramı təşkil edilib.

AgentlikdənAZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi peşə təhsili müəssisələrində fəaliyyət göstərən karyera məsləhətçilərinin bilik və bacarıqlarının artırılmasıdır. Təlimlərə Bakı, Gəncə, Sumqayıt, İsmayıllı, Qəbələ, Bərdə və Cəlilabad üzrə 19 peşə məktəbindən 39 karyera məsləhətçisi cəlb olunub.

İki gün davam edən tədbirdə insan resurslarının idarə olunması sahəsində böyük təcrübəyə malik şəxslər, o cümlədən işəgötürən təşkilatların nümayəndələri tərəfindən “Karyera inkişafında kouçinqin rolu”, “Əmək bazarına inteqrasiya”, “Karyera inkişafının görünməyən tərəfləri”, “Müasir əmək bazarının inkişaf tendensiyaları” və başqa mövzularda təlimlər verilib. Təlimlərdə, həmçinin Dövlət Məşğulluq Agentliyinin nümayəndələri tərəfindən işsiz və işaxtaran şəxslərin qeydiyyat prosedurları haqqında ətraflı məlumat təqdim edilib.

Qeyd edək ki, peşə məktəblərində yaradılan karyera mərkəzləri tələbələri ixtisaslarına müvafiq iş imkanları və karyera perspektivləri barədə istiqamətləndirir, eyni zamanda, onların müasir iş mühiti üçün peşəkar hazırlığına yaxından dəstək olur. Mərkəzlərdə çalışan karyera ekspertləri peşə təhsili öncəsi, təhsil müddətində, habelə təhsilini başa vurmuş məzunlarla əlaqədar olaraq xidmət göstərir.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...