Jurnalistika ixtisasına qəbul başlayıb

Jurnalistika ixtisasına qəbul başlayıb - 1

III ixtisas qrupu üzrə imtahan verən və "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayır.

Bu barədə Milli.Az-aDövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumata görə, III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlər 12-14 avqust 2021-ci il tarixlərində DİM-in internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Tələbə qəbulu elanının "Ərizə qəbulu" bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər XQTİ‑lər üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə "Jurnalistika" ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Eyni bölmənin 4-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə hamısının "Jurnalistika" ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Digər abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, "Jurnalistika" ixtisasını da seçə bilərlər.

"Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 19-da keçiriləcəkdir. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı "Jurnalistika" ixtisasını da seçə bilərlər.

Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə "Xüsusi qabiliyyət imtahanları" jurnalının 1-ci sayında tanış ola bilərsiniz.

  • Paylaşmağı unutma

Səhr yaz

5
İrəvan Müəllimlər Seminariyası - 140

İrəvan Müəllimlər Seminariyası - 140

“İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamını milli yaddaşın bərpasına hədəflənib. Hər bir millət gələcəyə öz tarixinin çiynində gedir.

Bu gündən şagird yerdəyişməsi dayandırılır

Bu gündən şagird yerdəyişməsi dayandırılır

Bu gün saat 18:00 tarixindən etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Bu barədəTəhsil Nazirliyindən məlumat verilib. Səbəb məktəblərdə siniflərin...

Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service – ETS) TOEFL iBT imtahanı yanvarın 8-də Dövlət İmtahan Mərkəzinin (DİM) Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. Bu barədə AzEdu.az-a...

Sınaq imtahanları niyə bahadır?-DİM-dən CAVAB

Sınaq imtahanları niyə bahadır?-DİM-dən CAVAB

2022-ci il üçün yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixləri məlum olub. Ümumilikdə isə sınaq imtahanları ilə bağlı əsas narazılıq qiymətlərin yüksək olmasıdır. Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunan imtahan qiymətlərinin...