İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə !

İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə !

Təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmr imzalayıb.

Lent.az-ın Təhsil Nazirliyinin saytına istinadən xəbərinə görə, əmrə əsasən, “AzərbaycanRespublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları” təsdiq edilib.

Əmrə əsasən, ümumi təhsil müəssisələrindən və peşə liseylərindən daxil olan vakant yerlər təhlil edildikdən sonra işə qəbul üzrə müsabiqələr üçün iyun ayının 1-dək müvafiq qaydada elan verilməsi təmin edilməlidir.

1-10 iyun tarixlərində iş yerinin bir rayondan (şəhər) digər rayona (şəhər) dəyişdirilməsi üzrə, 1-15 iyul tarixlərində isə müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulu aparılacaq.

Nazirliyin keçirdiyi müsabiqələrin nəticəsi olaraq iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər, həmçinin dərs ili başlandıqdan sonra mövcud vakant yerlər haqqında sentyabrın 20-dək Təhsil Nazirliyinə elektron və yazılı məlumat təqdim edilməlidir.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Nuray

50 60

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......