İqtisadiyyat naziri Mikayıl Cabbarov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Mentorluq proqramı çərçivəsində ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz Balakişiyeva və Nihad Mənsimzadə ilə görüşüb.

AZƏRTACxəbər verir ki, iqtisadiyyat naziri müsabiqədə qazandıqları uğur münasibətilə qalibləri təbrik edib, müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Nazir qaliblərin maraq dairəsi barədə fikirlərini dinləyib, Mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd edib.

Müsabiqə qalibləri iqtisadiyyatın müasir idarəçilik metodlarına, innovativ texnologiyalara maraq göstərdiklərini bildirib, bu sahədə bilik və bacarıqların əldə edilməsində Mentorluq proqramının onlar üçün faydalı olacağını vurğulayıblar. İqtisadiyyat naziri qaliblərə idarəçilik sahəsində bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqədə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müsabiqə qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və final olmaqla 5 mərhələdə keçirilir. Qaliblər idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı əsasında Mentorluq proqramı keçmək imkanı və 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin təşkili ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il dekabrın 20-də Sərəncam imzalanıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...