“İnnovativ gənc mühəndislər” layihəsinin qalibləri mükafatlandırılıb

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İnnovativ gənc mühəndislər” layihəsinin mükafatlandırma mərasimi olub.

Bu barədəAZƏRTAC-a BDU-dan məlumat verilib.

Mərasimdə çıxış edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov müasir dövrdə innovativ düşüncəli, geniş elmi-texniki biliklərə və yüksək yaradıcılıq qabiliyyətinə sahib olmağın gənclər üçün vacibliyini vurğulayıb.

Sonra “İnnovativ gənc mühəndislər” layihəsinin rəhbəri Orxan Güləhmədov nəticələr barədə məlumat verib. Layihənin seçim turlarına qatılan 100 nəfərdən Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, BDU nəzdində “Gənc istedadlar liseyi” və Xəzər rayonundakı 322 nömrəli tam orta məktəbi təmsil edən 20 gənc seçilib. Onlar 4 komanda şəklində müxtəlif praktiki tapşırıqları yerinə yetiriblər. 4 komanda arasında ən yaxşı iş təqdim edən “TechnoBrains” komandası qalib gəlib. Layihənin sonunda iştirakçılara sertifikat və hədiyyə kuponları, qalib komandanın üzvlərinə isə diplom və hədiyyələr verilib.

Layihənin əsas məqsədi gənclərin elmi-texniki, praktiki bacarıqlarını, intellektual səviyyələrini inkişaf etdirmək, asudə vaxtlarını səmərəli keçirmələrini təşkil etmək, dövlət gənclər siyasətinin reallaşdırılmasına dəstək olmaq, gənclərdə yaradıcılıq işlərinə marağı artırmaqdır.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...