tehsil_xeberleri_metn İndiki gənclər nə istəyir: ali təhsil, yoxsa kənddən qaçmaq?

İndiki gənclər nə istəyir: ali təhsil, yoxsa kənddən qaçmaq?

İndiki gənclər nə istəyir: ali təhsil, yoxsa kənddən qaçmaq?

Rayon və kəndlərdə yaşayanabituriyentlərin bəziləri Bakıya köçmək vəyeni həyata başlamaq üçüntələbə olmağa can atır.Belə düşüncədə olan gənclərin əsas amalıali təhsil almaq, uğurlu kariyera qurmaqdan dahaçox "şəhərli olmaq"dır.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bir müddət əvvəlkeçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraqbildirmişdi ki, abituriyentlərin heç də hamısı ixtisas seçiminiözü etmir. "Yenə seçimibəzi təhsil ekspertləri edir. Onlar təki harasa qəbul olunsun deyə seçim edirlər.Abituriyentlər də var ki,rayondan çıxıbBakıda yaşamaq üçünqəbul olmaq istəyir", - deyə DİM sədri vurğulamışdı.

"Əsas tələbə olum, sonrası Allah kərimdir", - deyənabituriyentlər rayondan niyə qaçmaq istəyirlər?

Mövzu ilə bağlıModern.az-adanışantəhsil üzrə ekspertNadir İsrafilovvurğulayıb ki, abituriyentlərin rayondan uzaqlaşmasında valideynlər də günahkardır:

“DİM sədri MəleykəAbbaszadənin abituriyentlərə basqı ilə bağlı belə qənətə gəlməsində müəyyən həqiqət var. Gənclərə daha çox valideynlər basqı edirlər. Bu da təbiidir, çünki hər bir valideyn öz övladının gələcəyini onun ali təhsil almasında, diplom sahibi olmasında görür. Həttadiplomun cehiz predmetinə çevrilməsi barədəaz deyilməyib, az yazılmayıb. Övladlarına“filankəsin övladı xaricdə təhsil alır, sən heç burda dauniversitetədaxil ola bilmədin” kimi valideyn tənələrinin az şahidi olmamışıq. Hamısı mentalitetdən, kimlərləsə bəhs aparmaq prinsipindən irəli gələn xüsusiyyətlərdir.


"Təkidiplom olsun, qonum-qonşunun yanında başımız uca olsun", deyənbir çox valideynlər öz övladlarını onların arzusuna uyğun düzgün istiqamətə yönləndirib, onların müstəqil seçiminə mane olmamaq əvəzinə, övladlarının seçiminə müdaxilə edir, yalnız bu müdaxilənin ağır nəticələrini gördükdənsonra peşmançılıq çəkirlər ki, bu da artıq gec olur. Nazir Emin Əmrullayevin təbirincə desək, nəticədə hüquqşünas ixtisasında qəbul ola bilməyənlər tarixçi olurlar.İxtisas seçimini əmək bazarınagörə yox, valideynin seçiminə görə edənlər əlavə seçim qarşısında qalırlar, ixtisasdəyişmə, yerdəyişmə halları ildən-ilə artır. Hər ilqəbul imtahanlarında iştirak edib, müsabiqə şərtini ödəyənyüzlərlə, bəzən minlərlə məzununelektron qaydada müraciətlərini təsdiq etməmələri kimi hallar baş verir".


Onun sözlərinə görə, ali təhsilə "şəhərli olmaq" kimiyanaşanların sayı az deyil:

"Müvafiq ixtisas üzrə keçid balını toplamadığından,digər arzulamadığı ixtisasa keçid alanlar, “təki universitet olsun” düşüncəsi ilə yaşayanlar arasında ali təhsilə “şəhərli olmaq” prinsipi ilə yanaşanlar da az deyil. Düzdür, ixtisas seçimini o qədər mürəkkəbləşdirdik ki, 200 bal toplayan ali məktəbə daxil ola bildi, 500 bal toplayan kənarda qaldı, düzgün seçim edə bilməməsi ucbatından, ödənişsizə düşməli olan ödənişliyə düşdü. Bu sahədə olan bütün boşluqlara və çatışmazlıqlara baxmayaraq, abituriyentlərin ixtisas seçimində valideynlər də az günahkar deyil. Ali təhsilə baxışımız, yanaşma tərzimiz dəyişməlidir ki, sonda günahkar axtarmaq məcburiyyətindəqalmayaq.Bir qədərdərinə getsək, yeniyetmə və gənclər arasında son illər artmaqda olan intiharlarınsəbəbini də imtahanlarla bağlı yaşanan streslərdə axtarmalı olarıq. Çünki, bu kimi hallara ən çox buraxılış və qəbul imtahanları dövründə təsadüf edilir. Mövqe seçimi ilə bağlı uğursuzluq yaşam seçiminə də təsirsiz ötüşmür... Səhv seçsinlər, ancaq özləri seçsinlər".

Təhsil üzrə ekspert Elçin Əfəndi isəbildirib ki, rayonlarda kortəbii ixtisas seçimlərinə daha çox rast gəlinir:

“Nəzərinizə çatdırım ki, hər il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarından sonrarespublikanın müxtəlif bölgələrindən Bakıya gəlib, təhsil almaq istəyən yüzlərlə, minlərlə abituriyent olur. Həmin abituriyentlər müxtəlif səbəblərdən fərqli, yaxud öz seçdikləri ixtisasları yazırlar və Bakıya gəlib təhsil alırlar.Tələbələr arasında kortəbii formada ixtisas seçimi aparanlar çoxluq təşkil edir. Məleykə Abbaszadənin dediyi bütün tələbələri əhatə etmir. Bu da təbii ki, əsas səbəblərdən biridir, amma tam səbəb deyil. Bu da danılmaz faktdır ki, bəzən regionlarda xüsusilə oğlan tələbələr valideynlərin təsirinə məruz qalır və nəticə etibarilə onlar çıxış yolu kimi Bakıda təhsil alıb rayondan uzaqlaşmağı seçirlər. Amma bu, o demək deyil ki, bütün bölgələrdən gələnlər məhz bu kimi basqılar nəticəsində seçimlər aparırlar”.

Ekspert vurğulayıb ki, valideynlərövladlarına seçim sərbəstliyi verməlidir:“İxtisaslaşma dövündəabituriyentlərin istədikləri sahəyə yönəlmələrinə imkan yaradılmalıdır. Valideynlərin övladlarına təsir göstərməsi doğru yanaşma deyil. Yaxşı olar ki, bununla bağlı mütəxəssis rəyi alsınlar. Bu gün ali təhsil müəssisələrində keçirilən qəbul imtahanlarına təxminən 100 minə yaxın müraciət qeydə alınır və haradasa 50-60 min abituriyent müsabiqəyə buraxılır. Onlardan isə təxminən 45-50 min civarında abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilir. Biz bunların hər birinin konkret istiqamət üzrə getmədiyini nəzərə almalıyıq.Bizim üçün vacib olan əmək bazarında tələb olunan ixtisaslar və sahələr üzrə peşəkar mütəxəssislərin formalaşmasıdır. Bu, həm dövlət, həm də cəmiyyət üçün əsas vacib olan tərəflərdir”.

Təhsil ekspertiNamiq Hacıheydərliqeyd edib ki, DİM rəhbəri fikirlərini ümumi sözlərlə deyil, konkret faktlarlaizah etməlidir:

"Bununla belə, Məleykə xanımınfikirlərinin əsassız olmadığını düşünürəm. Əlbəttə, təkcə bölgələrimizdə yox, paytaxtımızda da bu cür hallara rast gəlinir. İmtahan nəticələri yüksək olsun deyə valideynlərin və ailədəki digər şəxslərinbasqılarının olmasıdanılmazdır. Əslində, burada böyüklərin tələbləri pozitivdir, niyyətləri pis deyil. Sadəcə olaraq, yanaşma tərzi kökündən yanlışdır. Hər bir valideyn təbii olaraqövladının cəmiyyətdə layiqli yer tutmasını, savadlı olmasını, müəyyən peşəyə və ya sənətə yiyələnməsini istəyir. Bu mənada niyyət təqdirəlayiqdir”.

Ekspertin fikrincə,valideynlər bəzən unudur və ya bilmirlər ki, basqı, hədə-qorxu çıxış yolu deyil:

“Bu niyyətə nail olmaq üçün həvəsləndirici, inandırıcı, motivasiyaedici üsullardan istifadə etmək,özgüvən duyğusunu gücləndirmək olar. Çıxış yolu kimi məktəblərdə valideynlərlə psixoloqların, təhsil mütəxəssislərinin, bu sahədə təcrübəsi olan aydınların görüşünü təşkil etmək cəmiyyətimizdə xoşagəlməz halların qarşısının alınmasında effektiv nəticə verə bilər. Yəni gələcəkdə abituriyentlərimiz mənəvi travmalar və fiziki acılar yaşamasın deyə valideynlərlə ciddi iş aparılmalıdır. Əks halda hələ uzun illər aşağı nəticə göstərən abituriyentlərimizlə bağlı xoşagəlməz xəbərlər eşitməyə dəvam edəcəyik”.

Aytac Əsədova

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...