İndi hamı tələbə olacaq

İndi hamı tələbə olacaq

Yaxın illər ərzindəölkədə ödənişli əsaslarla qəbul olan tələbə sayına məhdudiyyətlər ləğv olunacaq.
Axar.azxəbər verir ki, ali təhsil müəssisələrinin Boloniya sisteminə keçidilə əlaqədar bu sistemin yaxın vaxtlarda tətbiq edilməsi gözləniləndir.
Belə ki, Qərb universitetlərində olduğu kimi, abituriyentlər orta məktəbi bitirdikdən sonra ali təhsil ocaqlarına sənədlərini təqdim edərək təhsilini davam etdirə biləcək.
Burada əsas məqam təhsil haqqının keyfiyyətə uyğun olaraq qaldırılması və xarici ölkələrlə tələbə mübadiləsidir.
Artıq Təhsil Nazirliyi ölkədə ali və orta ixtisas təhsili müəssisələri üçün ödənişli əsaslarla qəbul olan tələbə sayına məhdudiyyətlərin ləğv olunacağını açıqlayıb.
“Trend”in məlumatına görə, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev bu gün keçirilən mətbuat konfransında prosesin Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası çərçivəsində reallaşacağını bildirib:
“Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi nəzərdə tutulur. Ancaq bu, təhsilə görə ödəniş haqlarının ləğvi demək deyil. Burada ödənişli əsaslarla qəbul olan tələbə sayına qoyulan məhdudiyyətlər ləğv olunacaq və təhsil haqqı əvvəlki kimi olacaq".
Y.Piriyev qeyd edib ki, orta və ali təhsil müəssisələrinin tələbələrin potensialı, maddi-texniki baza, elmi-pedaqoji potensial, mövcud laboratoriya bazası nəzərə alınmaqla imkan verilən miqdarda ödənişli əsaslarla tələbə qəbul etmələrinə şərait yaradılacaq:
“Bu gün dünyanın heç bir yerində ödənişsiz təhsil sistemi yoxdur. Sadəcə dövlət büdcəsindən ödənilmə var. Odur ki, strategiyadan irəli gələn məsələdə söhbət ödənişli təhsilin ləğvindən yox, sadəcə, qəbul planının ləğvindən gedir".

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Hesen

9 sinif az dili suallar qarisiq

Vaqif

Testlər cografiya

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......