İmtahan verənlərin nəzərinə - ixtisas seçiminin vaxtı açıqlandı

İmtahan verənlərin nəzərinə - ixtisas seçiminin vaxtı açıqlandı

Azərbaycanda tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi avqustun 14-dən avqustun 19-dək internet vasitəsilə aparılacaq.

ATV.azxəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, “Abituriyent” jurnalının yeni nəşr edilən 5-ci sayında orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (11-illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, xüsusi qabiliyyət tələb edən ixtisasların Qabiliyyət İmtahan Komissiyaları üzrə bölgüsü, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsi cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə iyulun 2-də keçirilmiş eyni məzmunlu qəbul imtahanının nəticələrinə əsasən aparılır. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi avqustun 14-dən avqustun 19-dək internet vasitəsilə aparılacaq. Elektron ixtisas seçimi edib ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar .

Tam (11- illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......