İmtahan stressini azaltmaq üçün bunları edin- Abituriyentlərin NƏZƏRİNƏ

İmtahan stressini azaltmaq üçün bunları edin- Abituriyentlərin NƏZƏRİNƏ - 1

Abituriyentlərin əksəriyyəti imtahana yaxşı hazırlaşsalar da stress səbəbi ilə potensiallarından daha az nəticə əldə edirlər.

Bir çox abituriyent imtahan zamanı həyəcan və stress səbəbi il cavabını dəqiq bildiyi suallarda belə tərəddüd edir və səhvlərə yol verir.

Bəs bu stresini necə azaltmaq olar? İmtahan həyəcanını aradan qaldırmaq üçün nə etmək lazımdır?

AzEdu.azimtahan stresini aradan qaldırmaq edə biləcəyiniz bir neçə faydalı tövsiyəni təqdim edir.

Abituriyentin imtahan zamanı həyəcanını idarə edə bilməsi üçün əvvəlcə vacib olan öyrəndiklərinə güvənməsi və imtahana hazır olduğunu inanmasıdır. Özünə inam imtahanda yaxşı nəticə əldə etmək üçün vacibdir şərtdir.

Daha sonra isə aşağıda qeyd etdiyimiz tövsiyələrdən yararlana bilər:

  1. Hər şeydən əvvəl, bu imtahana uzun müddət hazırlaşdığınızı özünüzə xatırladaraq artıq bütün mövzuları mənimsədiyinizin fərqində olmalısınız.
  1. İmtahan səhəri streslə oyansanız belə, müsbət enerjini özünüzdən əsirgəməyin, özünüzə inamınızı artırın və 1-2 dəqiqə təmiz hava alaraq beyninizi sakitləşdirin.
  1. İmtahan günü özünüzə inandıqdan və bu imtahan üçün uzun müddət çalışdığınızı xatırlatdıqdan sonra sağlam və yüngül bir səhər yeməyi yeyin və fiziki cəhətdən yaxşı hiss etməyə çalışın.
  1. Çay və qəhvə kimi içkilərdən çəkinin və meyvə suyu kimi enerji verən içkilərdən istifadəyə üstünlük verin.
  1. İmtahanın keçirildiyi binaya erkən getməməyə çalışın. İmtahan binasında uzun müddət qalmaq sizi daha çox həyəcanlandırar.
  1. İmtahan otağına daxil olduqdan sonra dərindən və uzun bir nəfəs alın, “mən bu imtahana çox çalışdım, buna görə də uğur qazanacağam" deyin və özünüzə inandığınızı göstərərək imtahana başlayın.
  1. Əvvəllər bir neçə dəfə iştirak etdiyiniz sınaq imtahanlarını xatırlayın və imtahan vaxtının kifayət etməyəcəyi düşüncəsindən çəkinin. Əgər imtahanda iştirakınız ilk dəfə deyilsə və digər imtahanlarda vaxt probleminiz olmayıbsa, bu imtahanda da vaxtınız kifayət edəcəkdir.
  1. İmtahanda tərəddüd etdiyiniz suallar üçün dəqiqələr sərf etməyin və motivasiyanızı azaltmayın. Onsuz da cavabını dəqiq bildiyiniz onlarla sual var, onları yerinə yetirin və sonda qalan vaxtınızı təkrar tərəddüd etdiyiniz suallara qayıdaraq cavablandırmağa sərf edin.
  1. Hər kəsin öz imtahanına görə məsuliyyət daşıdığını özünüzə xatırladın. Sualları bitirib imtahandan tez çıxan abituriyentləri görəndə həyəcanlanmayın, çalışın onlara fikir verməyin. Vaxtınız varkən edə bilmədiklərinizi təkrar yoxlayın.
  1. İmtahan kağızlarını təhvil verdikdən sonra ağlınız imtahanda qalmasın.

Bütün il çalışdınız, imtahanda əlinizdən gələni etdiniz. Rahatlayın və nəticəni gözləyin. Uğurlar ...

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...