tehsil_xeberleri_metn İbtidai təhsil mütləq ana dilində olmalıdır-Professor

İbtidai təhsil mütləq ana dilində olmalıdır-Professor

İbtidai təhsil mütləq ana dilində olmalıdır-Professor

“Şagirdlər tarix dərsini Azərbaycan dilində öyrənməlidir”.

Bu sözləriAzEdu.az-aaçıqlamasındaəməkdar elm xadimi, professor Şahlar Əsgərovdeyib.

Belə ki, son günlər rus dilində təhsil məsələsi müzakirələrə səbəb olur.

Şahlar Əsgərov məsələ ilə bağlı fikirlərini ifadə edib:

Rus dilində təhsil bütün müstəqillik illərində müzakirə edilən məsələ olub. Rus etnopedaqoqu deyir ki, milləti ən təmiz şəkildə uşaqlar təmsil edir. Onlarda millilik öləndə millətin yox olması başlayır. Bunu deyən pedaqoq müxtəlif ölkələrdə baş verən prosesləri öyrənərək həmin nəticəyə varıb.

Biz müstəqil dövlətik, dövlətimizin konustitusiyası və öz ana dilimiz var. Gənclərimiz nə qədər çox dil bilsə, bu bizim üçün şərəflidir. Onlar rus, inglis və digər xarici dilləri öyrənməlidir. Amma gərək ana dilimiz ölməsin. Ona görə də bizim kimi ölkələrdə adətən ibtidai siniflər üzrə təhsil ana dilində olmalıdır. Çünki uşaqların yetişməsində ibtidai təhsilin olduqca böyük rolu var. Uşağın beyni 10 yaşına kimi formalaşır, onda milli, mənəvi və digər vətənpərvər hislər yaranır. Ona görə də ibtidai təhsil ana dilində olmalı, hətta bəzi ölkələr bu təhsili 6 və 7 illə qədər çıxara bilir. Ondan sonra gələn yuxarı siniflər isə rus və digər dillərdə də təhsil ala bilər. Amma gərək ana dilimizi hər zaman qorumağı bacaraq. Milli şüuru özümüzdə saxlamaq üçün ibtidai təhsili mütləq şəkildə ana dilində almaq lazımdır. Öz doğma tarixini bilməyən gənc vətənpərvər ola bilməz. Şagirdlər tarix dərsini Azərbaycan dilində öyrənməlidir. Dillə siyasəti qarışdırmaq olmaz. Siyasət tam fərqli sferadır. Bizim rus dilli məktəblərimiz ola bilər, 6-cı sinifdən sonra uşaq rus dilində təhsil alması mümkündür. Çünki ruslarla 300 ilə yaxın ortaq tariximiz var. Milliliyi öldürməmək üçün uşaqlar ibtidai sinifi ana dilində təhsil almağa yönəlməlidir.

Uşaqlarımız ana laylası dinləməli və ana dilindəki mahnılarla böyüməlidilər. Ondan sonra isə digər dilləri seçib mənimsəyə bilərlər. Uşaqlar “Happy Birthday” yox, “Ad günün mübarəkdir” ifadəsini işlətməlidir”.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...