Həsən bəy Rumlunun “Əhsənüt -təvarix” kitabı Azərbaycan dilində təqdim edilib

Həsən bəy Rumlunun “Əhsənüt -təvarix” kitabı Azərbaycan dilində təqdim edilib

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda Həsən bəy Rumlunun “Tarixlərin ən yaxşısı” (Əhsənüt -təvarix) əsərinin təqdimat mərasimi keçirilib.

Bu barədəAZƏRTAC-a institutdan məlumat verilib.

Təqdimat mərasimini açan institutun baş direktoru tarix elmləri doktoru professor Kərim Şükürov kitabın ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə olunaraq çap edilməsinin əhəmiyyətindən, tarixşünaslığımız üçün mühüm rolundan bəhs edib. Qeyd edib ki, kitabın ikinci cildi yaxın zamanlarda çap ediləcək.

Kitabın tərcüməçisi, tarix elmləri doktoru professor Şahin Fazil bildirib ki, kitabın fars dilindən dilimizə tərcüməsi on il vaxt alıb. Qeyd edib ki, Azərbaycan tarixinin mənbə bazasının genişləndirilməsi tarix elmi qarşısında duran ən mühüm vəzifələrdəndir. Bu sahədə yol verilmiş boşluqların aradan qaldırılmasında orta əsrlərdə yaşayıb-yaratmış tarixçilərin özlərindən sonra miras qoyduqları ilkin mənbələrin dilimizə çevrilməsi son dərəcə vacib elmi vəzifədir. Bu qəbildən kitablara nümunə olaraq Səfəvilər dövrü tarixi haqqında Josef Tiflisinin, Yan Tadeuş Kruşinskinin, İsgəndər bəy Türkman Münşinin, Cəlaləddin Məhəmməd Dəvaninin, Osmanlı sultanı IV Muradın anonim bir osmanlı katibinin yazdıqları əsərləri göstərmək olar. Bildirib ki, sözügedən tarixi qaynaqları osmanlı və fars dillərindən tərcümə edib.

Şahin Fazil “Əhsənüt-təvarix” əsərindəki hadisələrin 170 ildən çox cərəyan edən siyasi, ictimai, iqtisadi, dini-məzhəbi, beynəlxalq, diplomatik münasibətləri əhatə etdiyini deyib. Qeyd edib ki, kitabdakı hadisələr fəsillərə, fəsillər isə müxtəlif bölmələrə ayrılır, sonra isə vəfat edən şəxs və şəxsiyyətlərin qısa tərcümeyi-hallarını əhatə etməklə bitir.

Kitab AMEA-nın “Elm” nəşriyyatında çap olunub. Nəşrin elmi redaktoru tarix elmlər doktoru professor Kərim Şükürov, rəyçiləri tarix elmləri doktoru dosent Eynulla Mədətli, tarix elmləri doktoru dosent Mehman Süleymanlı, tarix üzrə fəlsəfə doktoru dosent Səməd Bayramzadədir.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...