tehsil_xeberleri_metn Hansı sahənin müəllimləri də imtahan verəcəklər? - Təhsil xəbərləri

Hansı sahənin müəllimləri də imtahan verəcəklər?

Hansı sahənin müəllimləri də imtahan verəcəklər?

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın beş ili çərçivəsində Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində media nümayəndələri üçün “Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və perspektivlər” mövzusunda seminar keçirilib. Seminarda Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili jurnalistlərə peşə təhsili ilə bağlı yeni layihələrin hazırlanması barədə məlumat verib: “Bu layihələr normativ-hüquqi aktların layihələridir ki, buraya peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsi, həmin müəssisələrdə tətbiq edilən dövlət peşə təhsili standartları, peşə təhsilinin inkişafı fondunun nizamnaməsinin layihəsi daxildir”.

Amil Əlili qeyd edib ki, noyabrda peşə təhsili müəssisələrinin müəllimlərinin növbəti diaqnostik qiymətləndirilməsinin keçiriləcək: “İmtahanda 600-ə yaxın peşə təhsili müəllimi iştirak edəcək. İstehsalat təlim ustaları, ixtisas fənn müəllimləri və indiyə qədər qiymətləndirmədə iştirak etməyən mühəndis pedoqoji sahənin müəllimləri də imtahana cəlb olunacaq. İmtahanlardan keçən müəllimlərin maaşları artırılacaq”.

Qeyd edək ki, ötən diaqnostik qiymətləndirmədən keçən 60 müəssisənin müəllimləri artıq artımla əməkhaqqı alırlar.

Direktor əvəzi qeyd edib ki, 2016-2017-ci tədris ilindən başlayaraq, peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN Peşə” layihəsi çərçivəsində həyata keçirilir.

Cari dərs ilində “ASAN Peşə” layihəsi bütün ölkəni əhatə edib, Bakı və regionlarda yerləşən "ASAN xidmət” mərkəzləri ilə yanaşı, Quba və Mingəçevir, Bakıda fəaliyyət göstərən iki “ASAN Kommunal” mərkəzləri də prosesə cəlb olunub.

Daha sonra media nümayəndələri, həmçinin, “Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru” ixtisası üzrə təhsilalanların istehsalat təcrübəsi prosesi ilə yaxından tanış olublar.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...