tehsil_xeberleri_metn Gənclərin xaricdə təhsilinin hansı formada maliyyələşdiriləcəyi açıqlanıb

Gənclərin xaricdə təhsilinin hansı formada maliyyələşdiriləcəyi açıqlanıb

Gənclərin xaricdə təhsilinin hansı formada maliyyələşdiriləcəyi açıqlanıb

Azərbaycanlı gənclərin xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydası hazırlanacaq.

"Report"xəbər verir ki, bu, Prezident İlham Əliyevin fevralın 28-də təsdiqlədiyi Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramında əksini tapıb.

Qeyd olunub ki, xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydasında müəyyən ediləcək maliyyələşdirmə mexanizmləri qarşılıqlı məsuliyyət və etimad prinsipinə əsaslanacaq və tərəflərin öhdəlikləri dəqiq müəyyən ediləcək.

Qaydada akademik müvəffəqiyyətsizlik və ölkəyə qayıtmamaq riskləri düzgün qiymətləndiriləcək, bu risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı şərtlər müəyyən ediləcək. Hazırlanacaq qayda gənclərin dövlət hesabına nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almalarına və məzun olduqdan sonra ölkəyə qayıdaraq yüksəkixtisaslı kadr kimi Azərbaycanın dayanıqlı inkişafına töhfə vermələrinə imkan yaradacaq.

Dövlət Proqramının maliyyələşdirilməsi mənbələri də məlum olub. Belə ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcək:

- Azərbaycan Respublikasının Dövlət Neft Fondu;

- beynəlxalq təşkilatların (fondların) texniki və maliyyə yardımları;

- kreditlər və qrantlar;

- xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.