Gəncədən olan 13 yaşlı riyaziyyat dahisi ilə tanış olun

Gəncədən olan 13 yaşlı riyaziyyat dahisi ilə tanış olun

Riyazi hesablamada yeni metod tapılıb. Bu xəbərin bizim üçün əhəmiyyətini artıran xüsusiyyəti həmin metodun Azərbaycanda, Gəncədə tapılmasıdır. Amma bu da hələ son deyil. Xəbəri sensasiya səviyyəsinə qaldıran cəhəti odur ki, bu riyazi metodun müəllifi 13 yaşlı yeniyetmədir.
0 və 5 ilə bitməyən rəqəmlərin ənənəvi beşə bölünmə üsuludan fərqli üsul tapılıb. Bu,daha asan və rahat yoldur. Həmin üsulu 7-ci sinif şagirdi Kənan düşünüb tapıb.
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Kənan Orucov Gəncə şəhər 44 saylı lisey orta məktəbin 7-ci sinfində təhsil alır. Sinfin əlaçısı olan Kənanın riyaziyyat fənninə marağı daha çoxdur. Elə riyazi hesablamada kəşf etdiyi yeni üsul, 5-ə tam bölünməyən ədədlərin 5-ə bölünməsi də onun bu marağının nəticəsidir. Yeddinci sinif şagirdi sonu 0 və 5-lə bitməyən rəqəmləri 5-ə asan yolla bu şəkildə bölür: bölünən rəqəmi 2-yə vurur. Alınan hasilin son ədədini kəsrə ayırır. Kənanın riyaziyyat müəlliməsi Kəfiyyə müəllimə də şagirdinin düşünüb tapdığı üsulu yüksək qiymətləndirir.
Kəfiyyə Məmmədova - riyaziyyat müəllimi: "Adətən biz uşaqlara onluq kəsrlərin bölməsini keçəndə, öyrənmək çətinlik yaradır. Amma vurma əməlini bütün şagirdlər bilir. Kənanın kəşf etdiyi üsul da vurma ilə bölməyə keçid olduğundan, mənə elə gəlir ki, şagirdlər yararlana biləcəklər. Əlverişli üsuldur".
Bəli, həm şagirdlər üçün, həm də riyaziyyata marağı olan istənilən şəxs üçün olduqca asan və maraqlı üsuldur. Kim bilir, bəlkə də Kənanın yeni kəşfi elmi səviyyədə riyazi hesablamaların əsas üsullarından birinə çevriləcək. Təbii ki, vaxtı çatanda...
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

Gəncənin 13 yaşlı dahisinin riyazi hesablamada yeni kəşfi
  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......