tehsil_xeberleri_metn Gəncədə tərifə layiq yeni təhsil layihəsinə start verilir

Gəncədə tərifə layiq yeni təhsil layihəsinə start verilir

Gəncədə tərifə layiq yeni təhsil layihəsinə start verilir

Tezliklə Gəncədə əlil uşaqların təhsilini asanlaşdırmaq üçün çox əhəmiyyətli bir layihəyə start veriləcək.
Gəncədə 114 uşağa dərs evdə keçilir. Onlar, əsasən, fiziki məhdudiyyətli uşaqlardır. Gəncənin 45 nömrəli xüsusi məktəbi isə tam olaraq bu cür uşaqların, eləcə də əlil uşaqların təhsil alması üçün fəaliyyət göstərir. Yaxın gələcəkdə isə əlil uşaqların təhsilini asanlaşdırmaq üçün çox əhəmiyyətli bir layihəyə start veriləcək.
Kəpəz TV (Region TV) xəbər verir ki, onlar evlərini tərk etmədən distant təhsilə cəlb ediləcəklər. Bu isə həmin uşaqlara müasir təhsilin bütün üstünlüklərindən tam yararlanmağa imkan verəcək.
İbtidai sinif müəlimi olan Nərmin Qurbanovanın 11 il pedaqoji təcrübəsi var. O, bu illər ərzində evlərdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara dərs keçir. Pedaqoq həftə ərzində növbə ilə 3 uşağın evində olur və tədris proqramına əsasən, onlara dərs keçir. Belə uşaqlardan biri autizm xəstəliyinin yüngül formasından əziyyət çəkən 10 yaşlı Vahid Əmiraslanovdur. Bu cür uşaqlarla işləmək çətin olsa da, yeni texnologiyalar pedaqoqun köməyinə çatır.
Nərmin Qurbanova - müəllim:"Bir-birimizə alışırıq. Uşaqların maraq dairəsi artır. Yeni texnika olan kompüterlə yeni məlumatları çatdırırıq. Onlarda da maraq daha da artır. Qavrama dərəcəsi də fərqli olur. Yəni görüntü ilə istədiyimizə nail ola bilirik".
Müasir texnologiya öz yerində, amma bəzən təcrübəli pedaqoqların məsləhətləri də əvəzsiz olur.
Aytən Abdullayeva - müəllim: "İlk olaraq, o uşaqları necə ələ almaq lazımdır, o uşaqlarla necə işləmək lazımdır izah olunur. Bəzən olur ki, müəllimlərlə ev dərslərinə də gedirik və uşaq müəllimə alışana qədər biz bu proses davam etdiririk".
45 nömrəli xüsusi məktəbdə isə qismən sağlamlıq imkanı məhdud olan uşaqlar təhsil alır. Burada fizika, kimya fənlərindən başqa bütün fənlər uşaqların qavraya biləcəyi formada izah olunur. Fiziki tərbiyə, əmək təlimi, özünə xidmətlə bərabər, nitqi qüsurlu uşaqlara loqoped məşğələləri də keçirilir.
Uşaq qısa şeir deyir:"Fidanın 10 yaşı var və 2 ildir ki, 45 nömrəli xüsusi məktəbdə təhsil alır. Müəllimlərinin deməsinə görə, Fidan məktəbə gəlməmişdən qabaq heç nə danışa bilmirdi. Hazırda Fidan şeir söyləyir, saymağı bilir, həmçinin insanlarla ünsiyyət qurmağı da bacarır".
Təhsil ocağına uşaqlar dərs ilinin əvvəlində, psixoloji, tibbi, pedaqoji komissiyanın rəyindən sonra qəbul olunur. Dərslərlə yanaşı, onların cəmiyyətə inteqrasiyası üçün müxtəlif tədbirlər də keçirilir.
Mehriban Rzayeva - məktəbin direktoru:"Novruz bayramı, Yeni il şənliyinə uşaqlar çox böyük həvəslə qatılırlar. Bu şənliklərdə məktəbin müəllimləri onlar üçün hər cür şərait yaradır. Hər tədbirin sonunda uşaqlar xüsusi fərmanla, hədiyyələrlə təltif olunurlar. Məktəbdə uşaqların əl işlərindən ibarət sərgi təşkil olur".
1975-ci ildən fəaliyyət göstərən təhsil ocağında 100 pedaqoq çalışır. Tezliklə isə onların çətin əməyini, həm də uşaqların təhsilini yüngülləşdirən yeni layihəyə start veriləcək. Distant təhsil proqramı fiziki qüsurlu uşaqlara imkan verəcək ki, evdə kompüter qarşısında oturaraq yüksək keyfiyyətli təhsil ala bilsinlər.
Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...