Gənc tədqiqatçılar üçün maarifləndirmə seminarı

Gənc tədqiqatçılar üçün maarifləndirmə seminarı

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda gənc alim və tədqiqatçılar (magistr, doktorant və dissertantlar) üçün növbəti maarifləndirmə seminarı keçirilib.

Bu barədəAZƏRTAC-a institutdan məlumat verilib.

İlk olaraq seminar iştirakçıları Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev Azərbaycan xalqının bu çətin günlərdə türk qardaşlarının yanında olmasından, bütün institut əməkdaşlarının əlindən gələn köməyi göstərmələrindən danışıb və bildirib ki, bu yardımlar davam edəcək. Qardaş ölkədə həyatını itirmiş insanların ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmalarını arzulayıb.

Daha sonra institutun “Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasının kiçik elmi işçisi Həcər Behbudova “Kraun efirləri, alınması, nomenklaturası və tətbiqi” mövzusunda təqdimatla çıxış edib. O, zərif üzvi kimyanın aktual mövzularından olan kraun efirlərinin sintezi, tədqiqi və tətbiq sahələri istiqamətində dünya alimləri, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Aşqarlar Kimyası İnstitutunda çalışan alimlərimizin apardıqları tədqiqatlar, bu istiqamətdə yaxın gələcəkdə hansı elmi araşdırmaların aparılması perspektivləri haqqında məlumat verib və sualları cavablandırıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......