"Gənc istedadlar" liseyinin şagirdi Beynəlxalq Mendeleyev Olimpiadasına vəsiqə qazanıb


Bu günlərdə Bakı Dövlət Universiteti nəzdindəki "Gənc istedadlar" liseyinin şagirdi Sona Quluzadə Moskva Dövlət Universitetinin Bakı filialında kimya fənni üzrə keçirilən bilik yarışında yüksək nəticə əldə etmiş və bu ilin aprel ayının axırlarında Qazaxıstanın Astana şəhərində keçiriləcək Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak etmək hüququ qazanmışdır.
Qeyd edək ki, S.Quluzadə 1996-cı ildə anadan olub. İngilis və rus dillərində danışan S.Quluzadə dərs əlaçısıdır. O, 2010 və 2011-ci illərdə keçirilən respublika fənn olimpiadalarında kimya fənni üzrə I yeri tutmuşdur.

  • Paylaşmağı unutma

Səhr yaz

İndiki gənclər nə istəyir: ali təhsil, yoxsa kənddən qaçmaq?

İndiki gənclər nə istəyir: ali təhsil, yoxsa kənddən qaçmaq?

Rayon və kəndlərdə yaşayan abituriyentlərin bəziləri Bakıya köçmək və yeni həyata başlamaq üçün tələbə olmağa can atır. Belə düşüncədə olan gənclərin əsas amalı ali təhsil almaq, uğurlu kariyera qurmaqdan daha çox "şəhərli olmaq"dır. Dövlət İmtahan ...