Fransis Qardener-Trexo: “Naxçıvan və İngiltərə universitetləri arasında əlaqə yaratmaq istəyirik”

Fransis Qardener-Trexo: “Naxçıvan və İngiltərə universitetləri arasında əlaqə yaratmaq istəyirik”

“Bildiyimiz kimi, British Councilin ölkədəki əsas missiyalarından biri ingilis dilinin inkişafı və təbliğidir. Bu sahədə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə gələcəkdə hansı işlər görə biləcəyimizi də müəyyənləşdirdik. British Council olaraq ingilis dili tədrisinin aparılmasında daha çox onlayn vasitələrdən istifadəni təbliğ edirik və bunu müzakirələrimizdə də bildirdik. Çünki bu üsul müəllimlərin, şagirdlərin ingilis dili materiallarına əlçatanlığını daha çox asanlaşdırır. Gələcəkdə bu istiqamətdə birgə iş görməyi planlaşdırırıq”.

“Report”xəbər verir ki, bu sözləri Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener-Trexo deyib.

“İngiltərənin təhsil sektoru dünyadakı aparıcı ölkələrin sıralamasında ilk yerləri tutur, beynəlxalq universitetlər arasında ilk 20-yə düşən ali məktəblərimiz var. Bu mənada, məqsədimiz odur ki, Naxçıvandakı universitetlərlə İngiltərədəkilər arasında beynəlxalq əlaqə yaradıb, həm tələbə mübadiləsi proqramı və həm də digər istiqamətlər üzrə hər iki tərəfə böyük töhfələr verək”, - Fransis Qardener-Trexo qeyd edib.

Naxçıvana ilk dəfədir səfər etdiyini deyən Britaniya Şurasının Azərbaycan üzrə direktoru qeyd edib ki, əlaqələr üçün əlverişli şərait var: “Əmin oldum ki, bərabər işləməyimiz, qarşılıqlı əlaqələrimiz üçün ayrı-ayrı sahələr üzrə gözəl imkanlar mövcuddur. Böyük Britaniya ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında daha uzunmüddətli və güclü münasibətlərin qurulacağına inanıram”.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...