Fransada müəllimlərin ümummilli tətili başlayır

Fransada müəllimlərin ümummilli tətili başlayır - 1

Böyük Britaniyada hər gün təxminən 400 nəfər koronavirusdan ölür, beləliklə, “Omikron” variantının yayılması fonunda ölüm nisbəti son 11 ayda ən yüksək səviyyəyə çatıb. Yeni yoluxmaların sayı da artmaqdadır.

“Omikron” “Delta”dan daha yüngül xəstəliyə səbəb olsa da, xüsusilə peyvənd olunmamış insanlar üçün təhlükəli virus olaraq qalır”, - deyə ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Danimarka da“Omikron” variantı ilə rekord sayda yoluxma qeydə alınıb - orada artıq əhalinin həssas təbəqələrinə peyvəndin dördüncü dozasını təklif edirlər.

Daha əvvəl Avropa Dərman Agentliyi tez-tez gücləndirici peyvəndin mümkün təhlükələri barədə xəbərdarlıq edərək, indiyə qədər belə bir yanaşmanın zəruriliyini təsdiqləyən məlumatların olmadığına işarə etdi.

COVID-19 məhdudiyyətlərinin yeni dalğasından iqtisadiyyat əziyyət çəkir. Xərcləri minimuma endirmək üçün İsveçrə karantinin müddətini iki dəfə - beş günə qədər azaltmaq qərarına gəlib. Səlahiyyətlilərə görə, “Omikron” variantında yoluxma və virusun ötürülməsi arasında daha qısa müddət var.

Fransada isə cümə axşamı günü müəllimlərin ümummilli tətili başlayır. Onlar daim dəyişən anti-COVID qaydalarından usandıqlarını deyirlər. Potensial infeksiya halları üçün çoxsaylı test və təcrid tələbləri dərslərə təsir edərək, öyrənmə prosesini pozur.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...