Fransa ordeni alan azərbaycanlı müəllimə kimdir?

Fransa ordeni alan azərbaycanlı müəllimə kimdir?

Şəkidə Bəxtiyar Vahabzadənin adını daşıyan 1 saylı orta məktəbin fransız dili müəllimi və direktoru Tahirə CabbarovaAzərbaycanda ilk dəfə Fransanın "Akademik Palma" ordeni ilə təltif edilib.
Milli.Azanspress-ə istinadən bildirir ki, təhsil üzrə ali mükafatı şəkili pedaqoqa Fransanın ölkəmizdəki səfiri Orelya Buşez təqdim edib.
200 il tarixi olan "Akademik Palma" ordeninin təhsildə göstərdiyi yüksək fəaliyyəti ilə seçilən müəllim və alimlərə təqdim olunduğunu deyən səfir Orelya Buşez Azərbaycanda ilk dəfə Şəki şəhərində fransız dili müəlliminə bu ordenin təqdim olunması ilə Tahirə Cabbarovanın Fransa dövlətinin qırmızı kitabına düşdüyünü vurğuladı. Şagirdlərin fransız dilində hazırladığı kompozisiya səfirin daha çox marağına səbəb olduğundan o, uşaqlarla birgə milli rəqsə də qoşuldu.
"Mən buraya təkcə bu ordeni təqdimatı üçün gəlməmişəm, "Türksoy" tədbirində iştirak etdim, Fransanın Milli Qəhrəmanı Əhmədiyə Cəbrayılovun ailəsi ilə görüşəcəyəm, həm də icra başçısı ilə görüşəcəyəm. Biz başçı ilə şəhərinizin iqtisadi və turizm imkanlarını müzakirə edəcəyik", - deyə Fransanın ölkəmizdəki səfiri Orelya Buşez bildirib.
Səfir1972-ci ildən pedaqoq kimi fəaliyyət göstərən Tahirə Cabbarovanın fransız dilininin tədrisinə cox böyük töhfə verdiyini, onun yüksək fəaliyyətinin Fransanın təhsil nazirliyi tərəfindən də çox böyük rəğbətlə qarşılandığı vurğuladı.
Ölkəmizdə multikultural dəyərlərin hər zaman qorunub saxlandığını xanım səfirin diqqətinə çatdıran Rayon İcra Hakimiyyətinin başçısı son 5 ildə Azərbaycan-Fransa əlaqələrinin daha da möhkəmləndirilərək daha sıx münasibətlər qurulduğunu, Kalmar şəhəri ilə Şəkinin qardaş şəhərlər olmasının bunun bariz nümunəsi olduğunu dedi.
Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda qadın müəllimə Fransa ordeni verildi
  • Paylaşmağı unutma

Səhr yaz

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) qəbul olmaq istəyən 115 min 245 abituriyent ərizə verib. Bununla bağlı "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

"Təəssüf hissi ilə qeyd etməliyik ki, peşə təhsilinə qəbul ali təhsilə qəbuldan 3 dəfə azdır. Ölkəyə inkişaf istiqamətlərinə uyğun zəruri peşələrə malik ixtisaslı işçilər tələb edilir"....