Folklorşünas alim: Birinci vitse-prezidentin paylaşımı xalqımız tərəfindən rəğbətlə qarşılandı

Folklorşünas alim: Birinci vitse-prezidentin paylaşımı xalqımız tərəfindən rəğbətlə qarşılandı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımı xalqımız tərəfindən rəğbətlə qarşılandı. Azərbaycan xalqının milli birlik və həmrəylik nümayiş etdirməsinə, insanlarımızın Türkiyə xalqının, bütün türk dünyasının yaşadığı bu faciəyə olan yanğısına, dəstəyinə, hazırda təbii fəlakət zonasında çalışan xilasedicilərimizin, tibb işçilərimizin, diplomatlarımızın, media nümayəndələrimizin əməyinə, yardım kampaniyasında iştirak edən hər bir vətəndaşımızın, yerli şirkət və təşkilatlarımızın, könüllülərin və s. bu mövqeyinə və nəcib əməlinə Mehriban Əliyevanın verdiyi yüksək qiyməti ədalətin və yüksək humanizmin təntənəsi hesab etmək olar.

BunuAZƏRTAC-a açıqlamasında AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev söyləyib. O qeyd edib ki, diqqət və qayğısına görə hamının hörmətini qazanan Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri artıq ölkə hüdudlarını da aşır. Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə onun rəhbərliyi və göstərişi ilə dərhal yardım kampaniyasının təşkili bunun əyani sübutudur.

“İnamla demək olar ki, Azərbaycan qadınına xas xoşməramlı ənənələr bu gün də davam edir. Ölkənin birinci xanımı bu paylaşımında ləyaqətli, yüksək humanizmi və nəcibliyi ilə Azərbaycan qadınının adını daha da yüksəklərə qaldırdı”, - deyə folklorşünas alim bildirib.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......